Bu əlamətlər sizdə də varsa, tez həkimə gedin
Bu gün Dünya Tuberkulozis-Vərəmlə mübarizə günüdür.
Publika.az xəbər verir ki, dünyada vərəmə yoluxanların sayı ildən-ilə azalsa da, hələ də ən çox ölümə səbəb olan xəstəliklər sırasında ilk yerlərdədir.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, dünyada 2015-ci ildə 10.4 milyon insan vərəmə yoluxub, onların 1.8 milyonu ölümlə nəticələnib. Vərəmin hələ də, dünyada ölümə səbəb olan xəstəliklər sırasında ilk yerlərdə olmasının müxtəlif səbəbləri var. Ən vacib səbəblərdən biri isə Asiya və Afrikada bu xəstəliklə mübarizə imkanlarının yetərli olmamasıdır.
Azərbaycanda bu xəstəliyə yoluxanlar arasında ən aktiv yaş 20-40 arasında dəyişir. Bu xəstəlik üzrə ölüm göstəricisi ötən il hər 100 min nəfərə 3,8 insan düşüb. Ötən ilin statistik rəqəmlərinə görə, ölkədə 8 minə yaxın belə xəstə qeydiyyatdadır, onların təxminən 4 mini yeni xəstələrdir.
Qeyd edək ki, vərəm xəstəliyi uzun müddət davam edən öskürək, arıqlama, gecə tərləməsi, anoreksiya və qan tüpürmə kimi simptomlarla özünü büruzə verir.
Aparılan müayinə nəticələrində xəstədən istənilən analizlər nəticəsində diaqnoz qoyulur. Bu analizlər bəlğəmin araşdırılması, qan analizlər və ağciyərin rentgeni ola bilər. Digər bir üsul səhər xəstədən alınan mədə suyunun təhlil olunmasıdır. Bu gün vərəmin müalicəsi mümkün, asan və ucuzdur. Müalicə başladıqdan sonra ən azı 6 ay müddətində davam edir. Müalicə müddəti və dərmanları insana görə dəyişiklik göstərir. Müalicəylə təxminən 15 gündə yoluxma sona çatır.
Hər bir öskürək vərəmə görə olmaz, amma uzun müddət davam edən öskürək halında həkimə müraciət etmək vacibdir.
Vərəmdən qorunma yolları vərəmli və müalicə almayan xəstələrlə təmasdan çəkinməli, balanslı qidalanmalı, havasız yerlərdə olmamalı, öskürən xəstələrlə təmasda olmamalı, açıq və təmiz havada gəzmək lazımdır.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1109 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1070 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1069 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 1031 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 1028 dəfə oxunub