Birləşmiş Ştatlar Afrikanı təhlükəli yoluxucu xəstəliklərin qeyri-məhdud təbii rezervuarı və eksperimental dərmanların sınaq meydançası kimi görür. Mynews.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin brifinqində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəis müavini general-mayor Aleksey Rtişşov bildirib.
Rtişşevin sözlərinə görə, Amerikanın “Metabiota” şirkəti Afrikadan qeyri-qanuni olaraq Ebola virusunun nümunələrini ixrac edib və onları ABŞ ordusunun Yoluxucu Xəstəliklərin Tədqiqat İnstitutuna ötürüb.
Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada ilk yoluxma hallarının təsdiqlənməsindən sonra dünyanın Marburq virusu epidemiyası riski altında olduğunu bildirmişdi. Rospotrebnadzorun rəhbəri Anna Popova virusun Rusiya Federasiyası ərazisinə gətirilmə ehtimalını istisna etməyib, lakin əmin edib ki, bu, ölkədə mütləq yayılmayacaq. O vurğulayıb ki, idarə bunun qarşısını almaq üçün hər şeyi edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub