Azərbaycanda bu ildən ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələri icbari tibbi sığorta hesabına qarşılanacaq.
Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, yeni proqram çərçivəsində təmin ediləcək dərmanların siyahısı ictimaiyyətə açıqlanacaq.
Bəs, siyahıda uşaqların qızdırma, soyuqdəymə və digər xəstəliklər üçün istifadə etdiyi dərmanlar yer alacaqmı?
Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvalandıq. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub:
"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Belə ki, ambulatorda dərman təminatına bu ilin 2-ci yarısı başlanılması nəzərdə tutulub.
Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub