Azərbaycanda Astma xəstələrinin daima olaraq istifadə etdiyi "Ventolin" adlı dərman apteklərdə tapılmır.
Mynews.az baku.ws-ə istinadla bildirir ki, dərmanı mütəmadi istifadə edən vətəndaşlar bildirib ki, uzun illərdir aldıqları dərman apteklərdən yığışdırılıb. Bəzi apteklədə qalan "Ventolin" dərmanı isə 5-6 dəfə bahasına satılır.
Mövcud vəziyyətlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, "Ventolin" 100 mkq/doza 200 doza 10 ml (salbutamol tərkibli) dərman vasitəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları"na uyğun olaraq dövlət qeydiyyatı olmadığından ölkəyə idxal edilmir:
"Salbutamol" tərkibli aerozol dərman vasitələri barəsində tərəfimizdən ölkə ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan iri topdansatış idxalçı şirkətlərlə şifahi sorğu aparılıb. Sorğu zamanı şirkətlər tərəfindən bildirilib ki, dərman vasitəsinin təsiredici maddəsi olmadığından istehsalçı şirkətlər tərəfindən sözügedən tərkibli dərman vasitəsinin istehsalında problemlər yaranıb. Bu səbəbdən də hal-hazırda idxalı həyata keçirilmir.
Dərman vasitəsinin idxalında yaranan problemlə əlaqədar yuxarıda qeyd olunan dərman vasitəsinin eyni təsirə malik digər ticarət adı olan dərman vasitəsinə dəyişdirilməsi ilə bağlı xəstələrin müalicə həkiminə müraciət etmələri tövsiyə olunur".
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub