Şirniyyatların tərkibində orqanizm üçün həyati əhəmiyyətli karbohidratlar var. Şirniyyat orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotoninin ifrazını təmin etməklə yanaşı, bir sıra fəsadlara da yol aça bilir.
Xüsusilə də şirniyyat yemək həvəsi məhəbbətə çevrilirsə, bu zaman ortaya ciddi problemlər çıxır.
Tort və şokoladdan imtina edə bilməyənlər, xüsusilə də qadınlar çox vaxt göbələk xəstəliklərindən əziyyət çəkirlər. Şirniyyatların tərkibindəki qlükozanın insan ömrünü 25%-ə qədər azaltdığı deyilir.
Hamilə qadınların qida rasionunda karbohidratların çoxluğu isə doğulacaq uşaqlarda allergik reaksiyalar və sinir sistemi xəstəliklərinin yaranma riskini artıra bilər.
Amerika alimləri şirniyyat aludəçiliyinin bağırsaqda xərçəngə səbəb ola biləcəyini deyir. Belə ki, həddindən artıq şirniyyat qəbulu mədəaltı vəzini artıq dərəcədə işləməyə məcbur edir. Nəticədə, bağırsaqlarda bədxassəli şişlərin əmələ gəlməsinə təkan verir.
Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən dietoloq Fuad Məcidli şirniyyatların həddən artıq istifadəsinin zərərindən danışıb.
“Şəkər zərərli qida sayılır. Xüsusilə də səhər yeməyi zamanı şirniyyat yeyilməsi düzgün deyil. Onu yeməkdən ən azı 1 saat sonra istifadə etmək məsləhət görürəm. Unlu əvəzinə südlü şirniyyatlar, acı şokolad yeyə bilərsiniz. Şirniyyatı meyvələrlə əvəz etmək də mümkündür. Qəbulundan sonra isə yeyilənlərin parçalanması üçün yarım, ya da 1 km-ə qədər yolu piyada gəzmək və ya qaçmaq lazımdır. Əks halda, ürək, qan-damar sistemi xəstəlikləri ilə üzləşə bilərsiniz”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub