Niderlandda siçanlar üzərində aparılmış sınaq dünya alimlərinin marağına səbəb olub.
Mynews.az axar.az-a istinadən bildirir ki, Niderlandın Erazmus Universitetində siçanlar üzərində aparılan sınaq nəticəsində onların bəzi orqanlarının fəaliyyətini əvvəlki vəziyyətinə gətirmək mümkün olub. Yəni inkişafdan qalmış bir siçana bu preparat verildikdən sonra bədənində yenidən tüklər çıxmağa başlayıb, qaraciyər və böyrəklərinin funksiyası qüvvətlənib.
Hazırda araşdırmanı həyata keçirən qrup dərmanı insan üzərində sınaqdan keçirməyi düşünür.
Həkim Piter Keyzerin BBC-yə verdiyi açıqlamaya görə, insanlar bu araşdırmasına görə onun dəli olduğunu düşünür:
"Keçən il yenə siçanlar üzərində aparılan təcrübədə yaşlı hüceyrələrin öz-özlərini məhv etməsi müşahidə olunmuşdu. Bu üsulla siçanların ömrünu müəyyən qədər uzatmaq mümkün idi. Bu araşdırma isə yaşlı hüceyrələrin məhv edilməsi ilə birbaşa olaraq yaşlanmanın qarşısını alır.
İnsan yaşlandıqca hüceyrələr inkişafdan qalır və orqanların funksiyası getdikcə zəifləyir. İnanırıq ki, bu sınaqdan sonra istədiyimiz nəticəni əldə edəcəyik".
Qeyd edək ki, cavanlıq iksiri ilə bağlı təcrübələr artıq xeyli müddətdir müxtəlif alimlər tərəfindən aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub