Bəzi insanlar var ki, onların qeyri-adi iylərdən - benzin, boya və s. - xoşu gəlir.
Bu, normal hal deyil və bir çox hallarda orqanizmdə dəmirin çatışmazlığından xəbər verir. Belə insanlarda həmçinin diş pastası, təbaşir, qum, buz, torpaq yeməyə qəribə istək olur.
Dəmir orqanizmdə olduqca böyük rol oynayır. Ən əsası dəmir oksigenin saxlanması və orqanizm boyu daşınmasında iştirak edir.
Həmçinin dəmir bir çox metabolik, qanyaratma proseslərində, immun sisteminin fəaliyyətində, bəzi hormonların və fermentlərin istehsalında və bir çox digər proseslərdə vacib rol oynayır.
Məhz bu səbəbdən orqanizmdə dəmirin çatışmazlığı (buna "dəmirdefisitli anemiya" deyilir) ciddi pozulmalara yol açır.
Dəmirin orqanizmdə çatışmazlığı özünü bu kimi simptomlarla büruzə verir:
- Əsəbilik, ağlağanlıq, baş ağrıları, baş gicəllənməsi, bayılmalar.
- Taxikardiya, ürəkdə ağrılar, təngənəfəslik.
- Ağız boşluğunun selikli qişasının quru olması, dilin üzərində çatlar.
- Tez yorulma, zəiflik.
- Yaddaşın və diqqətin pisləşməsi.
- Uşaqlarda fiziki və əqli inkişafının ləngiməsi.
- İmmunitetin zəifləməsi.
- Dırnaqların nazik və kövrək olması, saçların tökülməsi, ağzın qıraqlarında çatlar və s.
Yuxarıda qeyd etdiyimiz kimi, qeyri-adi maddələri (torpaq, təbaşir, qum) yeməyə və qeyri-adi iylərə meyillilik də orqanizmdə dəmir çatışmazlığının əlamətlərindən biridir.
Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub