Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:
"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".
Onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir:
"Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".
Abdullayeva həmçinin 11 ildir estetik cərrah kimi çalışdığını, son 4 ildə isə adıçəkilən mərkəzdə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, sosial şəbəkələrdə yayılan görüntülər 5 ay əvvəl çəkilib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Aparılan araşdırma nəticəsində məlum olub ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" lisenziya olmadan fəaliyyət göstərir. Nazirlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da yayılıb.
Ətraflı süjetdə:
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub