Soyuq havaların yaxınlaşması ilə insanlar daha çox qapalı məkanlarda vaxt keçirir. Bu da müxtəlif xəstəliklərin artmasına səbəb olur.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, günəş işığının azalması ilə D vitamini çatışmazlığı daha çox müşahidə olunur. Türkiyəli Dr. Erim qeyd edir ki, D vitamininin əsas mənbəyi günəşdir:
"Lakin payız-qış mövsümündə günəş işığını kifayət qədər qəbul etmirik. Buna görə də D vitamini ilə zəngin qidaları rasionumuza daxil etməliyik”.
Həftədə 2-3 dəfə balıq tövsiyə olunur
Mütəxəssis bildirib ki, yağlı balıqlar — xüsusilə somon və xamsi — həm D vitamini, həm də Omeqa-3 yağ turşuları baxımından zəngindir.
“Həftədə 2-3 dəfə bu balıqları yeməyi məsləhət görürük. Bu, immun sistemini gücləndirməyə kömək edir. Yumurta sarısı da D vitamininin vacib mənbələrindən biridir,” — deyə o vurğulayıb.
C vitamini və lifli qidalar vacibdir
Dr. Erim C vitamininin güclü antioksidant təsirə malik olduğunu, xüsusilə turunçgil meyvələri, qış tərəvəzləri və meyvələrin immun sistemini dəstəklədiyini bildirib:
“Bu məhsullar həm də liflə zəngindir. Bağırsaq sağlamlığı immunitetin əsasını təşkil edir, çünki immun hüceyrələrinin əksəriyyəti məhz bağırsaqlarda yerləşir.”
O, C vitamini ilə zəngin olan itburnu çayı kimi bitki çaylarının da qəbulunu tövsiyə edib.
Sarımsaq və soğanın rolu
Mütəxəssis əlavə edib ki, soğan və sarımsaq təbii antibakterial və antioksidant xüsusiyyətlərə malikdir:
“Axşam yeməklərində, xüsusilə şorbalarda sarımsaq və soğandan istifadə etməklə immun sistemini təbii şəkildə gücləndirmək mümkündür.”
Hərəkətsizlik və az su qəbulu təhlükəsi
Dr. Erim həmçinin qış aylarında insanların daha az hərəkət etdiyini və su qəbulunu azaltdığını xatırladaraq, bunun da immun sisteminə mənfi təsir etdiyini bildirib.
O, çinkonun immunitet üçün vacib mineral olduğunu qeyd edib və balqabaq tumu və qurudulmuş qoz-fındıq kimi qidaların rasionda yer almasının vacibliyini vurğulayıb.
“Fiziki aktivlik və balanslı qidalanma birlikdə orqanizmin müdafiə sistemini güclü saxlayır,” — deyə Dr. Erim bildirib.
1
Hərbi qeydiyyat asanlaşacaq - "Mygov" yeniliyinin üstünlükləri
1211 dəfə oxunub
2
İlham Əliyev Ərdoğana zəng etdi
1180 dəfə oxunub
3
Övladını dəfn edən ana məzarın başında öldü
1050 dəfə oxunub
4
BDU tələbələrinin şəklini yayan şəxsin FOTOSU
1026 dəfə oxunub
5
Yeni şura yaradıldı - FƏRMAN
1026 dəfə oxunub