Bakıda uşaqlar arasında kəskin virus yayılıb - VİDEO

787
Bakıda uşaqlar arasında kəskin virus yayılıb - VİDEO

"2017-ci ilin yanvarından bu günə kimi Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına kəskin bağırsaq infeksiyası diaqnozu ilə bağlı 1230 müraciət olub, onlardan 500 nəfəri müayinədən sonra evə buraxılıb". Bu fikirləri APA TV-yə açıqlamasında  Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sulduz Əhmədova  deyib.

"Bu gün xəstəxanamıza daxil olan uşaqlarda daha çox rast gəlinən xəstəlik kəskin bağırsaq infeksiyasıdır. Xüsusilə kiçik yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. Bu kiçik yaşlı uşaqların ən çox fizioloji xüsusiyyətləri, eləcə də immun sistemi ilə bağlıdır. Eyni zamanda şəxsi gigiyena qaydalarına düzgün əməl olumaması ilə də əlaqədardır. Qış fəslində bakterial bağırsaq infeksiyaları ilə yanaşı virus mənşəli infeksiyalar da geniş yayılırlar. Xüsusilə 4 yaşa qədər olan uşaqlar arasında rota-virus infeksiyaları daha geniş yayaılıb".

Mütəxəssisin sözlərinə görə, yaz fəslinin başlaması ilə virus mənşəli bağırsaq infeksiyaları ikinci plana keçir.

"Havaların istilənməsi ilə əlaqədar ön plana bakterial mənşəli bağırsaq infeksiyaları keçir. Bunların da törəmə səbəbləri çoxdur. Bizə müraciət edənlərin arasında mənşəyi məlum olmayan bağırsaq infeksiyalarına da rast gəlinir. Ümumi müayinələr nəticəsində aşkar olunur ki, hansı xəstəliklər hansı infeksiyadan törəyib. Ən çox rast gəlinən xəstəlik isə şərti patogen mənşəli bağırsaq infeksiyalarıdır ki, bunlar da stafilokok, salmenelloz , protea mənşəli viruslardır".

Sulduz Əhmədova qeyd edib ki, uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Bu azyaşlı uşaqlarda baş verən daha təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, kəskin bağırsaq infeksiyaları uşaqlarda yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyin və ağciyərlərin zədələyir.

"Ötən illə müqayisədə bu il kəskin bağırsaq infeksiyası ilə müraciət edən uşaqların sayı artıb. Ən çox kiçik yaşlı uşaqların qidalanma rejimi, onlara qulluq, anaların gigiyena rejimi və digər xəstəliklərlə kontaktın əhəmiyyəti də bu infeksiyalara yol açıb".

Kəskin bağırsaq infeksiyasına yoluxma adətən, 3 yolla baş verir deyən Sulduz Əhmədova bildirib ki,  bunlardan birincisi qidalanma yolu, su yolu ilə yəni  açıq su hövzələrində çimərkən su udulması, çirklənmiş sudan məişət xidmətləri üçün istifadə edilməsi, çirkli əllər vasitəsilə yayılır.

Xəbər lenti