Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib.
Mynews.az bildirir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb.
"Dərman vasitələrinin topdansatışına dair tələblər"
Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
"Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"
Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.
Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib, yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 15-də qüvvəyə minib.
1
Komitə sədri daha bir şöbə müdirini İŞDƏN ÇIXARDI
470 dəfə oxunub
2
Loğman Abdullayev vəfat etdi
446 dəfə oxunub
3
Azərbaycanlı gənc Niderlandda faciəvi şəkildə öldü
442 dəfə oxunub
4
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
277 dəfə oxunub
5
20 ballıq cərimə limiti artırılır? - VİDEO
271 dəfə oxunub