Son dövrlər piylənmənin müalicəsində geniş istifadə olunan arıqlama iynələri sürətli çəki itkisi ilə yanaşı, bir sıra sağlamlıq risklərini də gündəmə gətirib.
Mynews.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dosent Merve Bayram bildirib ki, bu preparatlarla arıqlayan şəxslər yalnız tərəzidəki rəqəmə diqqət yetirməməlidirlər. Onun sözlərinə görə, sürətli çəki itkisi zamanı itirilən çəkinin 25-40 faizi yağsız toxuma, o cümlədən əzələ kütləsi ola bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, əzələ itkisi maddələr mübadiləsinə, sümük sağlamlığına və orqanizmin ümumi gücünə mənfi təsir göstərir. İştahanın azalması isə zülal, vitamin və mineral çatışmazlığına səbəb ola bilər.
Bayramın diqqət çəkdiyi digər məqam müalicə dayandırıldıqdan sonra çəkinin yenidən artmasıdır. Onun istinad etdiyi araşdırmalardan birinə görə, iştirakçılar itirdikləri çəkinin təxminən üçdə ikisini dərmanı dayandırdıqdan sonrakı bir il ərzində geri alıblar.
Dosent qeyd edib ki, bu preparatlardan istifadə zamanı ürəkbulanma, qusma, qəbizlik, qarın ağrısı, halsızlıq və saç tökülməsi kimi problemlər də yarana bilər.
Mütəxəssis arıqlama iynələrinin təkbaşına qalıcı nəticə vermədiyini vurğulayıb. O, müalicə müddətində həkim və dietoloq nəzarətinin, kifayət qədər zülal qəbulunun, maye balansının qorunmasının və əzələləri gücləndirən fiziki aktivliyin vacibliyini bildirib.
Bayramın sözlərinə görə, əsas məsələ yalnız neçə kiloqram arıqlamaq deyil, itirilən çəkini sağlam şəkildə qorumaqdır.
1
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
313 dəfə oxunub
2
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
312 dəfə oxunub
3
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
290 dəfə oxunub
4
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
2 dəfə oxunub
5
Arıqlama iynələri ilə arıqlayanlara xəbərdarlıq: Çəkinin azalmasına aldanmayın
0 dəfə oxunub