Üz dərisində məsamə genişlənməsi ən çox yayılan kosmetoloji problemlərdən biridir. Bu problemi aradan qaldırmaq üçün kosmetoloqa getməyə vaxtınız yoxdursa, narahat olmayın. Ev şəraitində də məsamələrdən xilas olmaq mümkündür.
lent.az-a istinadən geniş məsamələri yığmaq üçün bir neçə təbii maska reseptləri təqdim edir.
Aloe vera
Aloe vera ən yaxşı dəri bərpaedici bitkidir. Nəmləndirmə və hüceyrə yeniləmə xüsusiyyəti ilə tanınan aloe vera bitkisini evdə də yetişdirə bilərsiniz. Yarpaqlarını qıraraq içərisindən çıxan qatı suyu dərinizə sürtün. Durulamanıza ehtiyac yoxdur. Yalnız hər gün tətbiq etməyə çalışın.
Arqan yağı
Geniş məsamələrin müalicəsində uzun illərdən bəri istifadə edilən arqan yağının tərkibində yüksək miqdarda E vitamini var. Bir neçə damla arqan yağı ilə təmizlənmiş üzünüzə masaj edin. Yarım saat və ya dərinizin quruluq dərəcəsinə görə bir saat sonra ilıq suyla yuyun. Bu üsulu hər gecə yatmazdan əvvəl təkrarlayın.
Yumurta ağı
1 yumurtanın ağı, 2 yemək qaşığı yulaf, 2 yemək qaşığı limon suyunu qarışdırın. Qatı hala gəldikdə qarışımı üzünüzə çəkin və 30 dəqiqə sonra soyuq su ilə yaxalayın. Yaxşı nəticə almaq istəyirsinizsə, bu maskanı həftədə iki dəfə tətbiq edin.
Alma sirkəsi
Sirkənin faydalarını saymaqla bitməz. Dəri baxımında istifadə edə biləcəyiniz ən praktik məhsullardan biri də alma sirkəsidir. 1 yemək qaşığı alma sirkəsini 1 yemək qaşığı təmiz suyla qarışdırın. Qarışığı pambığa hopdurun və bu pambıqla təmizlənmiş dərinizi silin. Bu lasyonu ev istehsalı olan tonik kimi də hər gün istifadə edə bilərsiniz.
Karbonat
Karbonat antibakterial və iltihab təmizləyici xüsusiyyətə malikdir. Dərini ölü hüceyrələrdən təmizləyir, sızanaq və çivzənin yaranmasına mane olur. Bunun üçün
2 yemək qaşığı karbonat və 2 yemək qaşığı suyu (mineral su ola bilər) qarışdırın. Məsaməli bölgəyə 30 saniyə masaj edərək sürtün. Sonra soyuq suyla durulayın. Yaxşı nəticə almaq istəyirsinizsə, həftədə üç dəfə tətbiq edin.
Banan qabığı
Banan möcüzəvi meyvədir. Bananın qabığı antioksidant, mineral və kalium qaynağıdır. Banan qabığında dərini gəncləşdirən gizli düstur var. Təmizlənmiş dərini banan qabığının içi ilə ovalayın. Yarım saat bu formada saxlayın və sonra soyuq suyla durulayın. Hər gün üzünüzə çəkin. Qısa müddətdə müsbət nəticələr verəcək.
Xiyar
Həftədə iki və ya üç dəfə xiyar maskası tətbiq edə bilərsiniz. Bir neçə dilim xiyarı 2 yemək qaşığı limon suyu ilə qarışdırın və blendrdan keçirin. Qatı hala gələn maskanı üzünüzə sürtün və 15 dəqiqə gözləyin, sonra soyuq suyla durulayın.
Zərdəçal
Ən təsirli antibakterial ərzaqlardan biri olan zərdəçal məsamələri aradan qaldıran və müalicə edən xüsusiyyətə malikdir. 1 yemək qaşığı zərdəçal tozunu 1 yemək qaşığı gül suyu və ya südlə qarışdırın. Qarışımı dərinizə sürtün və 10 dəqiqə gözləyin. Hər gün tətbiq edə bilərsiniz.