Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir. Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hissetmə, başın hərlənməsi kimi əlamətlərlə özünü göstərən bu problemlə bəzi qidaların köməyi ilə mübarizə aparmaq olar.
Qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Çuğunduru həm çiy, həm də bişmiş halda yemək olar. Qan artırmaq üçün isə salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.
Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artırır.
Bunlarla yanaşı, dəmirlə zəngin qidaları da menyunuza daxil etməlisiniz. Portağal, yumurta, alma, toyuq, qayısı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.
Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin.
B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığının çarəsi ola bilər.
Bu adını çəkdiyimiz qidalardan mütəmadi olaraq istifadə etsəniz, qan azlığının səbəb olduğu narahatçılıqlar aradan qalxacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub