Səhər yataqdan qalxa bilmirsinizsə, bunları edin

781
Səhər yataqdan qalxa bilmirsinizsə, bunları edin

İnsanların çoxu isti yataqdan qalxmağa çətinlik çəkir. Bəzən buna görə işə də gecikirlər. Amma bu məsləhətlərinə əməl etsəniz, yataqdan qalxanda əziyyət çəkməzsiniz.

Sağlamlığınızın dəyərini bilin

Səhərlər yuxudan oyanmağın sağlamlıqla çox böyük əlaqəsi var. Bəlkə də daha yaxşı  pəhriz və idmana ehtiyac var. Əgər yuxudan oyanmaqda çətinlik çəkirsinizsə, yuxu pozuntunuz ola bilər. Ona görə də ilk növbədə mütəxəssisə müraciət edin.

Yatağınızın yanında su saxlayın

Səhər duran kimi içdiyiniz bir stəkan su sizi oyadacaq. Yatağınızın yanında olan kafeinli  içki də sizi yataqdan çıxarmağa kömək olar. Ancaq bunun sağlam bir təklif olduğunu söyləyə bilmərik.

Zəngli saatı yatağınızdan uzağa qoyun

Zəngli saatı yatağınızdan uzaq bir yerə qoysanız, bu, sizi oyanmağa məcbur edəcək.

Yanıb-sönən zəngli saat

İşıq saçaraq yanıb-sönən zəngli və radiolu saat səhərlər daha işıqlı, parlaq və musiqi səsi ilə oyanmağınıza imkan verər.

Yataqdan qaldıran hərəkətlər edin

Yataqdan qalxan zaman edə biləcəyiniz bir neçə bədən hərəkəti öyrənin. Bunu internetdən də tapa bilərsiniz.

Yatmazdan əvvəl kafein və ya spirtli içki içməyin

Bədənin kafein və spirti xaric etməsi bir az vaxt aparır. Bu səbəbdən də yatmazdan əvvəl bu cür mayeləri içməyin.

Qoxulu duzlar iyləyə bilərsiniz

Qoxulu duzlar və ya uçucu yağlar insanları yüz illərlə gümrah saxlamaq üçün tətbiq edilib. Bunun üçün sevmədiyiniz bir qoxunu iyləmək vacib deyil. Sizi canlandıran qoxuları yatağınızın yanına qoyun. Qreypfrut və ya nanə işinizə yarıya bilər.

Xəbər lenti