Alimlər yağlı qidaların insan ömrünü uzatdığını deyirlər. Amma bəri başdan tort, qızardılmış kartof və dondurma sevənləri məyus edək: bu qidalar elə əvvəlki kimi zərərlidir.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, belə qənaətə Stenford və Harvard Universitetlərinin alimləri gəliblər. Onların araşdırmalarına əsasən yağlar yaxşı və pis ola bilər. Doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır.
Alimlərin “pis” möhürü vurduğu yağlar heyvan mənşəli yağlardır. İnsanda piylənməni yaradan, müxtəlif xəstəliklərə də yol açan bu yağlardır. İkincilərə isə təbii ki, bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər daxildir. İkinci növ yağlar orqanizmdə daha tez sovrulur və piylənməyə yol açmır.
Buna qədər yağsız yemək tövsiyələrini də canla-başla yerinə yetirənlərin nəzərinə! Tamamilə yağsız yeməklər (qaynanmış, buxara verilmiş, qurudulmuş) maddələr mübadiləsini pozur. Bildirilir ki, insan bədənində karbohidratlar və zülallar vacib olduğu kimi yağların da öz rolu var. Daha dəqiq desək, orqanizmin 40% karbohidrata, 30% zülala, 30% də yağa ehtiyacı var.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub