Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildiriblər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv ediblər.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış fito-terapevt Elnur Rəhimov məlumat verib. O, qeyd edib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapıb. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki birillik yovşanın sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv etdiyini vurğulayıb. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd edib ki, bu zaman bitkinin təsir effekti “Troya atı” kimi hərtərəfli işləyir.
Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə edib. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malyariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə, tibb sahəsində Nobel mükafatına layiq görülüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub