Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə qarşı meyili haqqında məlumat verən saçın kimyəvi analizinin yeni metodunu yaradıblar.
Mynews.az-ın məlumatına görə, AZƏRTAC “tass.ru” saytına istinadla xəbər verir ki, saçın spektral analizi üsulu insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir. Onların disbalansı uzun müddət gizli davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Qeyd olunan metod eyni zamanda 30 kimyəvi elementin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir.
Yeni üsul artıq səmərəliliyini göstərib. Belə ki, alimlər işemik insult keçirmiş pasiyentlərin saçının analizini apararaq qanın element tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşunun konsentrasiyasının artmasını, sinkin konsentrasiyasının azalmasını aşkarlayıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub