4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (lat. Asparagus) Azərbaycanın bəzi bölgələrində quşqonmaz və mərəcüyüd kimi də tanınır.Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir.
Bu bitkinin Azərbaycanda 9 növü bitir. Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş yayılıb.
Mynews.az lent.az-a istinadən qulançarın inanılmaz faydalarını təqdim edir.
A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
Qulançarın kalorisi az olsa da, insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir. Qanı təmizləyir.
Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.
Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.
Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.
Güclü sidikqovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.
Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir.
Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir.
Dərini təravətləndirir, sızanaqları azaldır.
Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır.
Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.
Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər. Daha çox yaz aylarında yeyilir.