Qəbizlik bir çox müasir insanların problemidir. Azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, fast-fud, xroniki stress - bütün bunlar bağırsaqların normal fəaliyyətinə ciddi ziyan vurur, bağırsaqları "tənbəlləşdirir".
Mynews.az saglamolun.az-a istinadən bağırsaqların normal fəaliyyətini təmin etmək üçün sizə çox sadə vasitələri təqdim edir. Bu vasitələrdən daim istifadə etməkli siz bağırsaqların fəliyyətini çox asan tənzimləyə bilərsiniz.
Səhər acqarına 1-2 stəkan ilıq su için. Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir. Yarım stəkan sudan başlayın və sonra tədricən 2 stəkana çatdırın. Suyu kiçik qurtumlarla için, tələsməyin.
Daha sonra sadə gimnastik hərəkətləri edin. Önə, arxaya, yanlara əyilmək, "press" üçün məsğələlər, "göbək rəqsi"ni xatırladan hərəkətlər bağırsaqların peristaltikasını (hərəkətliliyini) stimullaşdırır.
Bundan sonra səhər yeməyinizi yeyə bilərsiniz. Sıyıqlar, tərəvəz salatları, süd məhsulları bağırsaqlar üçün ən faydalı qida növləridir. Tünd çay və qəhvədən imtina edin. Bu içkilər bağırsaqları "bərkidir".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub