Bir çox səbəblərdən diş həkiminə getməyə laqeyd yanaşa bilərsiniz. Bəs əgər gecə saatlarında dişiniz ağrımağa başlasa, necə? Yəqin ki, səhərin açılmasını gözləmək sizin üçün çətin olacaq. Diş ağrısı kimi qüvvətli bir ağrının qarşısını alıb az da olsa, rahatlamaq istəyirsinizsə, bu reseptlə tanış olun.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu üsul diş ağrınızı müvəqqəti olaraq azaldacaq. Ağrının təməlində başqa səbəblərin ola biləcəyi üçün sonrakı gün mütləq diş həkiminə müraciət edin.
Vəsaitlər:
- ½ yemək qaşığı üyüdülmüş mixək
- ½ yemək qaşığı hind qozu yağı
Hazırlanması:
Mixəyin tərkibində ağrıkəsici təsiri olan ojenol var. Ojenol antiseptik bir komponentdir. Bu maddə diş həkimləri tərəfindən yerli anesteziya kimi diş ətinin keyiməsində istifadə edilir. Təbii kokos yağında isə kaprik turşu və laurie turşusu olur. Bu iki turşu viral və bakterial infeksiyanın qarşısını alır. İki vəsaiti bir kasanın içində qarışdırın. Sonra qulaq çöpünün köməyi ilə bu qarışımı ağrıyan dişinizə sürtün. Ağrının bir müddət sonra azaldığının fərqinə varacaqsınız.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub