Biz hamımız toyuğun döş ətini xoşlayırıq. Toyuğun döş əti tez bişdiyinə görə onu əksər qadınlar mətbəxində görməyi xoşlayırlar. Toyuğun döş ətində yağların və zülalların az olması isə onun daha çox istifadə edilməsinə səbəb olan amillərdən biri sayılır.
Mütəxəssislər döş ətindən xoşlanan adamlara əti alarkən diqqətli olmağı məsləhət bilir. Belə ki, əgər aldığınız ətin üstündə və ya daxilində ağ xətt görsənirsə, o zaman həmin əti almayın. Bu ağ xətt toyuq filesinin keyfiyyətsiz olmasının göstəricisidir.
Mynews.az immunitet.az-a istinadən bildirir ki, toyuğa tez böyüməsi və onun döş ətinin iri olması üçün müxtəlif hormonlu qidalar verilir. Bu hormonlu qidalar toyuğun tez böyüməsinə və onun çəkisinin ağır olmasına səbəb olur. Döş ətinin iri olmasına səbəb də toyuğa verilən həmin qidalardır. Belə üsullarla böyümüş toyuğun əti ilə qidalanan insanlarda müxtəlif xəstəliklər əmələ gəlir. Bu xəstəlikləri isə insanın geninə və hormonal sisteminə birbşa təsir edir. Bu cür ətlə qidalanmaq insanlarda qara ciyər və böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Mütəxəssislər döş ətinin üstündə ağ xətt olan olan zaman onun alınmasını və istifadəsini məsləhət bilmir. Çünki, həmin ağ xətt toyuğun süni vasitələrlə tez bir zamanda böyüməsinin nişanəsidir. Nəzərinizə çatdırmaq üçün bildirməliyəm ki, satışlarda olan döş ətlərinin 90% bu cür üsullarla yetişdirilmiş toyuqların döş ətidir.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub