Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, "yad cisim" hissiyatı ilə özünü biruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli, yəni irin, selik və bu kimi digər ifrazatlarla müşahidə olunur. Bundan əlavə göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma müşahidə oluna bilər. Bu xəstəliyin bakterial, virus mənşəli və ya allergik növləri var.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, bakterial konyunktivitin müalicəsində geniş spektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir.
Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır. Virus konyunktivtinin müalicəsində soyuq kompres, virus əleyhinə damcılar, süni göz yaşı əvəzedicilərdən istifdə edilir.
Allergik konyunktivitin müalicəsi sensibilizasiya edici faktorun aradan qaldırılması, antihistamin preparatlar, tosqun hüceyrə stabilizatorları, steroid və qeyri-steroid iltihabəleyhinə vasitələrdən istifadə edilir.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub