Dərini təmizləyir, məsamələri yığır GİL MASKASI

752
Dərini təmizləyir, məsamələri yığır GİL MASKASI

Məsaməli dəri bir çox insanın problemidir. Lakin bunun öhdəsindən gil maskası vasitəsi ilə gələ bilərsiniz. Gil maskası dərinin ən dərin təbəqələrinə nüfuz edir və buradakı çirkləri çıxarır. Təmizlənib açılan məsamələr isə yığır. Gil maskası dərini qidalandırır və bərpa edir. Aile.lent.az gil maskasının hazırlanma qaydası və faydaları ilə sizi tanış edir.

Evdə gil maskası hazırlamaq üçün bir miqdar gilə ehtiyacınız olacaq. Bu gili dəri tipinizə uyğun almalısınız. Əgər qarışıq və ya da normal dəriyə sahibsinizsə ağ gil, dəriniz yağlıdırsa, yaşıl gil almalısınız. Maskanı hazırlamazdan əvvəl dərini sabun və ya  təmizləyici gellə yumalısınız.

Gili sabunla təmas etdirməməlisiniz. Çünki bu halda başqa bakteriyalar törəməyə başlayır və maskanın heç bir faydası qalmır. Eyni səbəbdən gili plastik qabla da təmas etdirməməlisiniz, bunun yerinə şüşə qab istifadə edin.

Gil maskasının hazırlanması: 

Ballı gil maskası  

2 yemək qaşığı gili 4-5 yemək qaşığı suda əridin. Üzünüzdən axmayacaq hala gələnədək içinə 1 çay qaşığı bal əlavə edib qarışdırın. Sonra üzünüzə sürtün. Quruduqdan sonra ilıq su ilə yuyun.

Limonlu gil maskası  

2 yemək qaşığı gili 4 yemək qaşığı suda əridin. İçinə bir neçə damcı təzə sıxılmış limon suyu əlavə edin. Tünd bir konsistensiya alana qədər qarışdırın. Üzünüzdə quruduqdan sonra ilıq su ilə yuyun.

Nanə yağlı gil maskası  

Əgər sızanaq kimi dəri probleminiz varsa, gil maskanıza nanə yağı əlavə edə bilərsiniz. 2 yemək qaşığı gili 4-5 yemək qaşığı suda əridin. İçinə üç damcı nanə yağı əlavə edin. Tünd konsistensiya əldə edənə qədər qarışdırın. Üzünüzdə qurumasını gözləyin və sonra ilıq su ilə yuyun. 

Xəbər lenti