Yaponlar beyin oxuyan cihaz kəşf etdilər Düşüncələri hamı biləcək
Yapon elmi özünün orijinal kəşf və ixtiraları ilə dünyanı təəccübləndirməkdə davam edir.
Mynews.az xəbər verir ki, Yaponiyanın Toyohaşi Texnologiya Universitetinin alimləri beyin dalğalarındakı elektrotları təqib etməklə insanın fikirlərini oxumağı bacarıblar. Məxsusi olaraq düşüncəlıəri oxumaq üçün xüsusi cihaz da ərsəyə gətirilib.
EEG adı verilən cihaz insanın beynindəki düşüncələri oxumaqla yanaşı onu başqalarına ötürə bilmək qabiliyyətinə də malikdir. Cihazı iadrə edən proqram rəqəmləri 90 faiz, sözləri isə 61 faiz qədərincə tanıyır. Yəni, biz danışmadan, kəlmə kəsmədən beynimizdə rəqəmlər haqqında düşünsək, cihaz düşüncələrimizin 90 faizini yaza biləcək. Söz və cümlələrdə isə faiz göstəricisi nisbətən aşağıdır.