Dünya mətbuatında tez-tez qadın müəllimlərin azyaşlı şagirdlərinə təcavüzü, onlarla qarşılıqlı və birtərəfli cinsi yaxınlıq yaşadığı barədə xəbərlər alırıq. Təbii ki, bu əməllərdən sonra onların demək olar ki, hamısı cəzasını alır.
Mynews.az a24.az-a istinadən oğlan şagirdinə təcavüz edən 10 müəlliməni təqdim edir:
10. Aleksandriya Vera.
ABŞ-ın Texas ştatında Houstan şəhərinin orta məktəblərinin birində adı açıqlanmayan 13 yaşlı şagirdini dəfələrlə zorlayıb. Vera ilkin dindirmələrdə 8-ci sinif şagirdi ilə ilk münasibətini yay tətilində başlatdığını etiraf edib. O gündən etibarən müəllim və yeniyetmə şagird arasında hər gün seksual yaxınlıq olub. Müəllim özünü bir müddət hər kəsə 13 yaşlı şagirdin qız dostu kimi təqdim edib. Lakin hüquq mühafizə orqanlarının qarşısına çıxdıqda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər ittihamından boyun qaçıra bilməyib
.
09. Elisson Marçis.
ABŞ-ın Madison liseyində dərs deyən 39 yaşlı bu ingilis dili müəlliməsi 2 azyaşlı oğlan şagirdi ilə qurduğu seksual münasibətə görə 3 il həbs cəzasına məhkum edilib. 2014-cü ilin dekabr ayı ərzində müəllimə 14 və 16 yaşlı iki şagirdinə seksual məzmunlu mesajlar və çılpaq fotolarını yollayıb. İş bununla yekunlaşmayıb; Elisson şagirdlərindən biri ilə sinifdə heç kəs olmadıqda bir neçə dəfə cinsi əlaqədə olub.
08. Lindsey Massaro
26 yaşlı müəllimə 8-ci sinif şagirdlərinə dərs deyirdi. 15 yaşlı oğlan şagirdilə əvvəlcə şəxsi avtomobilində, daha sonra evində seksual yaxınlıq edib. Lakin bu əlaqə qarşılıqlı istək üzərində qurulduğu üçün müəllimə məhkəmədən azadlığa buraxılıb. Ancaq müəllimənin bir daha bu işə əl atmayacağına əmin olmaq üçün hazırda Lindsey mühafizə orqanlarının nəzarəti altında fəaliyyət göstərir.
07. Sara Cons
Uğurlu karyeraya sahib olmayan 27 yaşlı bu müəllimə ABŞ-ın Ohayo ştatında dərs deyirdi. Uğursuz fəaliyyəti azmış kimi 17 yaşlı bir oğlan şagirdi ilə cinsi əlaqədə oldu. Hətta bu əlaqə bir dəfə deyil, bir neçə dəfə, həm də fantastik arzularla, çılğın şəkildə edildi. Müəllimə şagirdi ilə porno filmə çəkilirmiş kimi ağlasığmaz bir seks həyatı yaşadı. Bu əməlinə görə məhkəməyə verilən Saranın həm bəxti gətirir, həm də ağlı işləyir. Belə ki həmin ərəfədə "eşqbazlıq" etdiyi şagirdinin 18 yaşı tamam olur və müəllimə məhkəmədə işinə baxıldığı ərəfədə ərindən boşanaraq, şagirdi ilə evlənir. Beləcə məsələ də həll olunur.
06. Pamela Rocers Turner
13 yaşlı oğlan şagirdilə mütəmadi cinsi münasibətdə olan müəllimlə 2005-ci ilin fevral ayında məhkəməyə gətirilir. Bu əməlinə görə 9 ay həbsxanada yatır. Amma əməlindən peşman olmayan Pamela həbsdən çıxan kimi - 2006-cı ildə yenidən şagirdi ilə yatmağa davam edir. Bu dəfə isə Pamela yaşadığı yasaq eşqi ucbatından 7 il həbsə məhkum edilir. Həbsxanadan çıxdıqdan sonra bu eşqi davam etdirib, etdirməməsi ilə bağlı məlumat yoxdur.
05. Hop Cekobi
Bu müəllimənin yay tətilinə bir gün qalmış azyaşlı şagirdi ilə cinsi əlaqədə olduğu iddia edilmişdi. Şagirdin mobil telefonundan Hop Cekobinin çılpaq fotosu tapıldığı üçün iddia təsdiqini tapır. Və müəllimə məhkəməyə verilir.
04. Debra Lafeve
ABŞ-ın Florida ştatında müəllimlik edən Debranın bu səmimi fotosuna inanmayın. 14 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğu üçün saxlanıb. Şagirdin valideyni isə oğlunun təhlükəli yaşda olduğunu və onun psixoloji əhvalının korlanacağından qorxaraq övladını məhkəmədən uzaq tutur. Və bu üzdən məhkəmə baş tutmur. Hazırda Lafeve evlidir və əkiz övladları var.
03. Liza Qliyd
Bu müəllimə 1 il həbsdə yatıb və 5 il nəzarət altında saxlanması şərtilə azadlığa buraxılıb.
Təqsiri 17 yaşlı oğlan şagirdi ilə 2 dəfə cinsi əlaqədə olmasıdır. Qlaydın azyaşlı "sevgili"si dəfələrlə cinsi əlaqənin özü tərəfindən başlandığını desə də, bu etiraf müəllimini cəzadan uzaqlaşdırmadı.
02. İdor Doiydrol
Yay düşərgəsində istirahət zamanı ehtirasına qalib gələ bilmir və 13 yaşlı oğlan şagirdinə yaxınlaşır. Uşağın ailəsinin xəbəri olmadan onu dəfələrlə istədiyi yerlərə aparır, ona seksual mətnli mesajlar yazır. Nəticədə müəllimə həbsə məhkum edili.
.
01. Steyc Şöler
Bu müəllimənin qalmaqalı digər "həmkar"larından daha böyükdür. Məsləyini cinsi istəkləri üzərində quran müəllim nə az, nə çox 5 şagirdi ilə cinsi əlaqədə olub. Bədən tərbiyyəsi müəllimi olan Steycin əksər qurbanları yeniyetmə futbolçular idi. Qurduğu futbol komandasının demək olar ki, yarısı ilə yatıb. Müəllimənin məhkəmədə verdiyi ifadədə də qeyri-adidir: "Mən o futbolçuların fanatı idim. Fanatlığım o dərəcə idi ki, onlara hər şeyimi vermək istəyirdim". Lakin nə qədər qəribə açıqlamalar versə də, bu onu məsuliyyətdən uzaq tutmur, Steyc Şöler 4 il azadlıqdan məhkum edilir.