Cennifer Lopez, Miranda Kerr, Beyonce, Culia Roberts kimi qüsursuz görünüşləri ilə hər zaman diqqət mərkəzində olan məşhurların həyat tərzi hər kəs üçün maraqlıdır. Xüsusən də onlar yemək və pəhriz sirlərini hər kəs bilmək istəyir. Pəhrizdə əsas yeri isə salat tutur. Mynews.az xarici KİV-ə istinadən dünya ulduzlarının salatlarını hansı vəsaitlərlə hazırladıqlarını araşdırıb. Onların salatlarını sehirli edən bunlardır.
Cennifer Lopez
Seksual ulduzun sirri kələmdir. 47 yaşılı Cennifer Lopez kələm salatına “queso pendiri”, balqabaq tumu, yaşıl soğan əlavə etdikdən sonra limon suyu və zeytun yağı ilə ləzzətləndirir.
Beyonce
22 gün vegetrerian pəhrizi saxlayan Beyoncenin salatındakı sehrli vəsait dəniz yosunudur. Digər vəsaitlər: kələm, kök, xiyar, yaşıl soğan, qovrulmuş badam, keşniş və reyhan.
Culia Roberts
48 yaşlı Hollivud ulduzu salatını brüssel kələmi, basdırma, “manchego pendiri” və qaynadılmış yumurtadan hazırlayır.
Cennifer Aniston
47 yaşlı kino ulduzu Cennifer Anistonun sirri noxuddur. O, noxudlu salatına yarma, xiyar, qırmızı soğan, cəfəri, nanə, püstə və ağ pendir əlavə edir.
Cessica Alba
Sağlam bir qidalanma proqramı tətbiq edən aktrisa salatını üzüm, pomidor, kök, avokado, zeytun yağı və limon suyu ilə hazırlayır.
Selena Gomez
Selena yaşıllıqlarla zəngin salatına avokado, hinduşka və paxla əlavə edir.
Miranda Kerr
“Victoria’s Secret”in keçmiş mələyi olan Mirandanın sevimli salatının ana vəsaiti razyanadır. Digər vəsaitlər: somon balığı, yaşıl zeytun, ispanaq, kök və pomidor. Miranda bütün vəsaitləri nazik-nazik doğrayıb qarışdırdıqdan sonra limon suyu əlavə edir.
Justin Bieber
Justin Bieber klassik sezar salatını kilki balıq və ədviyyatlı yumurtayla hazırlayır.
Chrissy Teigen
Seksual maneken yemək kitabında xüsusi salatının vəsaitlərini sadalayıb. Chrissynin klassik “Walorf” salatının tərkibi kahı, qırmızı soğan, qoz, alma dilimləri və rokfordan (pendir növü) ibarətdir.
Lily Aldridge
“Victoria’s Secret”in mələyinin pendir, çuğundur, kök, kinoa, brokoli, yaşıl yarpaqlı və yaşıl tərəvəzlərdən hazırlanmış salatının əsl sirri acı bibərdir.
Gisele Bundchen
36 yaşlı model möhtəşəm bədənini kələm, çiyələk pomidorları, brokoli, çuğundur, kinoa, avokado və tərədən ibarət salatına borcludur. Ancaq bütün vəsaitlər bunlar deyil. Ultra sağlam bu salatın sirri şirin kartofdur.
Kate Hudson
37 yaşlı aktrisa salatını qarpız, ağ pendir və rokayla hazırlayır.
PrevNext +6Oxunma sayı: (2)