Banqladeşdə yaşayan 10 yaşlı Sahana khatun dəhşətli xəstəliyə tutulub. Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Dəkkədə doğulan qız ağac adam sindromuna tutulub. “The Guardianda” qeyd edilən xəbərə görə, çənə, qulaq və burnunda böyüməyə başlayan ləkələr, xəstəliyin irəliləyən mərhələlərində yumrulaşmağa başlayıb. Həkim bu xəstəliyin var olduğunu lakin az adamda qeydə alındığını bildirib. "Epidermodysplasia Verruciformis” (ziyilli epiderma) adlanan bu xəstəlik kişilərdə qeydə alınsa da qadında görülmədiyini bildirirərək, kiçik Sahananın ilk olduğunu deyib. Fəhlə atası isə qızının üzündə çıxan ziyillərin dörd ay əvvəl çıxmağa başladığını bildirərək əhəmiyyət vermədiyini deyib. Ancaq getdikcə yayıldığını görəndə xəstəxanaya aparıb. "Çox kasıbıq, qızım anasını altı yaşında itirib. Ümidvaram ki, həkimlər gözəl qızımı müalicə edə biləcəklər" deyə, Sahananın atası həkimə müraciət edib.
Qeyd edək ki, xəstəliyi müalicə edən həkim özü də bu xəstəliyin tam sağalacağına ümid vermir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub