BBC proqramçısı Jessica Williams dünyanın rentgenini çəkib. Kəşflərini isə "Dünyada dəyişməsi gərəkən 50 həqiqət" adını verdiyi bir kitabda toplayıb. Kitab bazarına yeni çıxarılan bu kitab olduqca maraqla qarşılanıb. "50 həqiqət" adlandırılan uyğunsuzluqlar, yanlışlıqlar və ya məsuliyyətsizlik ilk baxışda bir-birilə uzlaşdırılmış kimi görünməyə bilər. Ancaq hər biri dünyanın təməli üzərinə bir ağır çəkic kimi enir. Sürətlə "yox olmağa” doğru sürüklənirik.
Mynews.az sözügedən kitabda yer almış dünyanı tərsinə fırladan 50 həqiqəti təqdim edir:
1. Bir Yapon qadını ortalama 84 il, bir Botsvanalı qadın sadəcə 39 il yaşayır.
2. Dünyadakı obez (həddindən artıq çəkili) əhalinin üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır.
3. ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik nisbətinə sahibdir.
4. Çində 44 milyon qadın itkindir. 5. Braziliyadakı Avon qadınlarının sayı əsgər sayından çoxdur.
6. 2002-ci ildə edamların yüzdə 81-i ABŞ, Çin və İranda baş verib.
7. İngilis supermarketləri müştəriləri haqqında hökumətdən daha çox məlumata sahibdir.
8. Aİ-dəki hər inək üçün verilən günlük 2.50 dollarlıq subsidiya Afrika əhalisinin yüzdə 75-inin gündəlik dolanışığından daha çoxdur.
9- 70-dən çox ölkədə eyni cinsdən olan iki insanın cinsi əlaqəsi qadağandır, 9-unda isə cəzası ölümdör.
10. Dünya əhalisinin beşdə biri gündəlik 1 dollarından az gəlirlə yaşayır.
11. Rusiyada ildə 12 mindən çox qadın ailə daxili şiddət nəticəsində həyatını itirir.
12. 1 ildə 13.2 milyon Amerikalı estetik əməliyyat etdirib.
13. Quru minaları səbəbindən saatda bir insan ölür və ya şikəst qalır.
14. Hindistanda 44 milyon uşaq işçi var.
15. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq qatqı maddə yeyir.
16. Dünyanın ən çox qazanan idmançısı golfçu Tiger Vudz ildə 78 milyon dollar, yəni saniyədə 148 dollar qazanır.
17. Amerikalı 7 milyon qadın və 1 milyon kişi yemək pozğunluğu yaşayır.
18. 15 yaşındakı İngilislərin yarısı narkotik istifadə edir, dörddə biri siqaret çəkir.
19. Vaşinqtondakı lobbi sənayesində 67 min nəfər, hər seçilmiş konqres üzvü üçün isə 125 nəfər çalışır.
20. Mühərrikli avtomobillər dəqiqədə 2 insanı öldürür. 21. 1977-ci ildən bu yana ABŞ-dakı abort klinikalarında 80 min zorakılıq və təcavüz halı baş verib.
22. Mc Donaldın qızıl kəmərini tanıyanların sayı Xristian tacını tanıyanlardan çoxdur.
23. Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.
24. Dünyadakı qeyri-qanuni narkotik bazarı 400 milyard dollardır.
25. Amerikalıların üçdə biri yadplanetlilərin gəldiyinə inanır.
26. 150-dən çox ölkədə işgəncə var.
27. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.
28. Amerikalı qaradərili kişilərin həbsə girmə ehtimalı 33 faizdir.
29. Dünyanın üçdə biri müharibə vəziyyətindədir.
30. Neft ehtiyatları 2040-cı ildə tükənəcək.
31. Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
32. Dünya əhalisinin yüzdə 70-i bu günə qədər heç çevir sesi eşitməyib.
33. Silahlı münaqişələrin dörddə biri təbii qaynaqları ələ keçirmək üçün baş verir.
34. Afrikada 30 milyon adam QİÇS-dir. 35. Hər il 10 dil ölür.
36. İntiharla ölənlərin sayı toqquşmalarda ölənlərdən çoxdur.
37. ABŞ-da hər həftə orta hesabla 88 şagird sinifə silah gətirir.
38. Dünyada ən az 300 min düşüncə günahkarı var.
39. Hər il 2 milyon gənc qız və qadın sünnət edilir.
40. Silahlı toqquşmalarda 300 min uşaq əsgər vuruşur.
41. İngiltərədə 2001-ci il seçkilərində 26 milyon nəfər, Pop Idolun ilk mövsümündə 32 milyon nəfər səs verib.
42. ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar xərcləyir.
43. ABŞ "quldur dövlət" deyə elan etdiyi 7 ölkədən 33 qat daha çox hərbi xərc aparır.
44. Dünyada 27 milyon kölə var.
45. Amerikalılar zibilliyə saatda 2.5 milyon plastik şüşə atır, yəni hər üç həftədə bir Aya çatmağa yetəcək uzunluqda şüşə tökülüb qalır.
46. Adi bir İngilis gündə təxminən 300 dəfə kameraya düşür.
47. Hər il 120 min qadın və gənc qız Qərbi Avropaya satılır.
48. Yeni Zelandiyadan İngiltərəyə təyyarə ilə gətirilən bir dənə kivi atmosferə öz ağırlığından 5 qat artıq istixana qazı buraxır.
49. ABŞ-ın BMT-yə 1 milyard dollardan çox borcu var.
50. Yoxsul ailə uşaqlarının psixoloji problem yaşama ehtimalı zəngin ailə uşaqlarına görə 3 qat daha çoxdur.