İmam Hadi (ə) buyurur: "Ey insan! O zamanı yada sal ki, ailənin qarşısında torpağa düşəcəksən və gedən haldasan. Nə elə bir təbib vardır ki, dərdinə yarasın və sənə faydalı olsun, nə də dostun vardır ki, sənə xeyir verə bilsin".
Mynews.az deyerler.org-a istinadən xəbər verir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Əgər ölümü çoxlu yada salsanız, qalan çətinlikləriniz həll olar". Yəni, çətinliklər ölümü yada salarkən rəngsizləşər. (Tebyan)
Ölümü yada salmağın çox sayda faydaları vardır ki, onların bəziləri ilə tanış olaq:
1. Ölümü yada salmaq insanı haram ləzzətlərdən çəkindirər.
2. Ölümü yada salmaq insanın qəlbini dirçəldər. O qəlblər ki, ölüdürlər və əgər dirilmək istəyirlərsə,
Peyğəmbərimizin (s) də buyurduğu kimi, yolu - ölümü yada salmaqdadır.
3. Ölümü yada salan zaman insan ölümlə yaxın olar. Ona görə də ölmək onun üçün asan gələr.
4. Ölümü yada salmaq insanın günahlarını paklayar, yəni həsənəsi vardır ki, o da günahları pak edər.
5. Dünyaya qarşı meyilsizlik artar. İnsan adətən dünyaya bağlanan zaman çox sayda günahlar və xatalar edər. O zaman ki, ölümü yada salar, dünya sevgisi azalar.
6. İnsan ölümü yada salan zaman nə qədər aciz olduğunu hiss edər və ona görə üsyan etməkdən çəkinər.
7. Ölümü yada salan insan həyatından razı olar. Baxmayaraq ki, böyük imkanlara malik olmasa belə, əlində olanların qədrini bilər. Bu, çox mühüm bir mexanizmdir. Bunun vasitəsilə insan naşükürlük və nankorluq mərəzindən xilas ola bilər.
8. Ölümü yada salmaq insana böyük müsibətləri asan edər.
9. Ölümü yada salmaq şəhvətin qarşısını alar.
10. Ölümü yada salmaq ən yaxşı nəsihət verəndir.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub