Tez-tez sekslə məşğul olmaq heç də iddia olunduğu kimi xoşbəxtlik və ya sağlamlıq gətirmir. Çoxları seksi ən yaxşı stress əleyhinə “ağrıkəsici” kimi qəbul edirlər. Amma mütəxəssislər deyirlər ki, cinsi akta bu cür yanaşma onun mənəvi tərəfini azaldır.
Publika.az-ın xəbərinə görə, seksoloqların fikrincə, tez-tez sekslə məşğul olmaq bu prosesi adiləşdirir, ən əsası avtomatikləşdirir. Yəni insan seksə sevdiyi və ya bəyəndiyi adama qovuşmaq kimi deyil, sanki su içmək kimi adi zərurət olaraq baxır. Halbuki ən ziyanlı seks də məhz duyğusuz, mənəvi tərəfi zəif və ya heç olmayandır. Mütəxəssislər tövsiyə edirlər ki, cinsi akt yalnız tərəflərin qarşılıqlı, həmçinin hisslərinin kəskin olduğu zaman yerinə yetirilməlidir.
Yeri gəlmişkən, müxtəlif saatlarda yaşanan seksin də orqanizmə təsiri fərqli olur. Adətən cütlüklər izdivacı gecəyə saxlayırlar, amma seksoloqlar bunun üçün günün tam ortasını – 15:00-ı göstərirlər. Çünki bu saatda kişilərdə testosteron səviyyə daha yüksək olur, qadın orqanlarının isə daha həssas məqamı yetişir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub