Kiçik xanımların hicabına hiddətlə yanaşanlar...

615
Kiçik xanımların hicabına hiddətlə yanaşanlar...

Bəzən özünə ziyalı deyən insanların belə bir qınağı diqqətimi çəkir "uşağın başına zorla hicab bağlayırlar". Nədənsə bu cür insanlar hicablı qız uşağı görəndə daxilən əzab keçirdirlər, hiddətlənirlər, öz narahatçılıqlarını həmin hicablı uşağın valideyninə çatdırırlar, hələ bununla da sakitləşə bilməyib, sosial şəbəkələrdəki profillərində bunu paylaşıb içtimai qınaq obyektinə çevirmək istəyirlər. Öz fikirlərində haradasa nail olurlar istəklərinə, çünki, bəyənmələr və həmfikirlərindən dəstək rəyləri və s. onlara bu məsələni içtimailəşdirib, "dalana saldıqları" düşüncəsi bağışlayır. Bəs həqiqətdə necədir? Belə bir statuslar cəmiyyətin fikrinə, düşüncəsinə nə qədər təsir göstərir? Həmin insanların düşündükləri kimi cəmiyyətdə hicab məfhumunun üstündən xətt çəkmək cəhdləri baş tuturmu?
Mynews.az deyerler.org-a istinadən bildirir ki, bu, heç kimə sirr deyil ki, hicab - Allahin əmridir. Bunu Müqəddəs Kitabımız olan Qurani-Kərimdə bildirib. Hər bir müsəlman qadına hicab taxmaq vacibdir. Vacib o deməkdir ki, mütləq etməlisən, etməsən - günahdır. Hicabın İslam dininin vaciblərindən olduğunu indi insanların əksəriyyəti yaxşı bilir. Hətta hicabın neçə yaşdan taxılmağının lazım olduğunu da hətta küçədə hicablı birinə tərs-tərs baxan bəzi orta yaşlı qadınlar da bilir.
Şükürlər olsun ki, xalqımız müsəlman kimliyini həmişə qoruyub saxlamışdır. Lap 70 ilin Allahsız Soveti də zərrəcən də xalqın mənəvi dəyərlərinə toxuna bilməmişdir. Amansız represiyyalar, güllələnmələr, sürgünlər, qadağalar, məscidlərin qapısına vurulan qıfıllar, bütün dini mərasimlərin qadağan edilməsi, qəzet və jurnallarda, televiziyada, radioda dini və dindarı aşağılamağa yönəldilmiş yayınlar, çaplar, nəşrlər, xalqın İslami kimliyinə zərər verə bilmədi. Həmin Sovet rejimi dağılandan sonra xalqın birinci işi məhrum olduğu İslami kimliyinə geri qayıtmaq oldu. Sərhədlər açılan kimi bir çox vətəndaşımız İmamlarımızın (ə) müqəddəs hərəmlərini ziyarətə yollandılar.
Ölkədə namaz qılanlar təkcə yaşlı insanlarla məhdudlaşmadı; həm də gənclər öz dinimizin əsaslarını öyrənməyə və əməl etməyə başladılar. Qadınlarımız hicab taxtı. Əvvəllər nisbətən o qədər də çox olmayan hicablı xanımlar, son illərdə birə-beş artdı. Bu da sözsüz ki, onsuz da az olan zaman bəzi insanların qıcığına səbəb olurdusa, indi artıq çox olan zaman aydın məsələ idi ki, həmin qıcıqlı insanları qat-qat çox yandırmağa başladı. Küçədə sağa çevriləndə hicablı bir xanım, sola çevriləndə hicablı bir xanım görəndə artıq həmin daxili qıcığın əndazəsi də qalxırdı. Amma dilə gətirmək də asan deyil. Axı hər zaman iddia etdikləri "demokratiya", "insan haqları", "vicdan azadlığı" məhfumlarına zidd çıxır hicaba qarşı çıxmaqları. Eləcə "hicabı sevmirəm", "Azərbaycan qadınını hicablı görmək istəmirəm", "Azərbaycan qadını heç vaxt hicablı olmayıb, hicab bizə İrandan -Turandan gəlib " və s. kimi zəhərli düşüncələrini zaman-zaman mətbuatda və sosial mediada paylaşırlar. Və bir gün onsuz da qıcıqlı olduqları həmin müsəlman kimlikli hicablı xanımların yanında hicablı bir qız uşağı görcək, haray qoparırlar. Ay amandı qoymayın, bu uşağın hüququnu pozublar, məcburi hicab taxtırıblar. Bu uşağın gələcəyi var idi, nə bilim, NASA-da müdür işləyəcəkdi və s.
Birincisi, hər bir normal ailədə qız, öz ananın güzgüsü olur. Anaya çox oxşayır. Ana əgər hicablıdırsa, qız da lap uşaq yaşından hicabı sevir və ona anasının taxtığı əziz bir əşya kimi baxır. Və həmin ülvi məhəbbət bir neçə ilə həmin uşağı da həmin Allahın müqəddəs əmanətini başında gəzdirməyə şövq edir... Və çox qəribədir ki, uşağa güclə hicab taxdırılmasınının hay-küyünü salan - halbuki, əsil həqiqətdə belə şey yoxdur - həmin insanlar niyə digər məsələlərdə bu tezisi "unudurlar"? Bunu uşağın haqlarının pozulması, məcbur edilməsi olduğunu, iradəsindən kənar məcbur edildiyini bağıran insanların öz övladlarının hamısımı riyaziyyatı öz xoşu ilə oxuyur? 4-5 yaşından baletə qoyulan qız uşaqlarını minbir təzyiqlə "şpaqat" açdıran müəllimlər heçmi onların hüquqlarını pozmur? Ya belə məqbuldur, amma baş örtüsü qəddarlıqdır?
Şükürlər olsun ki, bu tip insanlar cəmiyyətin lap az hissəsini təşkil edir. Hicaba, hicablıya hörmət həmişə olub, var və inşəallah ki, bundan sonra da olacaq...

Xəbər lenti