Norveçdə yaşayan 30 yaşlı Gunn Nardan gözəlliyi ilə dünya mediasının diqqətini çəkib.
30 yaşlı Norveç gözəlinin şəxsi İnstaqram səhifəsində minlərlə izləyicisi var. Gözəl və cazibədar qadın yanğınsöndürən kimi fəaliyyət göstərir.O, eyni zamanda fitness məşqçi kimi də xidmət göstərir.
Publika.az xəbər verir ki, hazırda da yanğın söndürən kimi fəaliyyət göstərən qadın yanğınsöndürən maşını qaldıracaq qədər də güclüdür. Aktiv həyat tərzi keçirən Nardan deyir ki, o, ilk dəfə 19 yaşında olanda yanğınsöndürən olmağa qərar verib. Anasının "qadından yanğınsöndürən olmaz" sözlərindən sonra bu işi prinsip halına gətirən Nardan hər kəsə sübut edib ki, qadınlar da bu işin öhdəsindən layiqincə gələ bilərlər.
Hadisə yerində Nardanı görən insanların ümumi mənada reaksiyaları müsbət olur. Nardan buna görə çox sevindiyini bildirib: "Əvvəllər insanlar məni iş başında görən qəribə reaksiya verirdilər. Sonradan artıq öyrəşməyə başladılar. İşdən sonra mən də hamı kimi gözəl və cazibədar görünməyi sevirəm".
Nardan 4 il əvvəl fitness müəllimi olmağa qərar verib. Onun gündəlik həyatı, yanğınlardan həyat xilas etməklə bərabər, idman zallarında ştanq qaldırmaq, iş yerindəki kişi həmkarları ilə futbol oynamaq, uzun məsafələrə qaçmaq, üzməklə keçir.
Nardan, idmana olan marağını belə izah edib ki: "Bədənimi yaxşı formaya salmalıydım. Təbiətən çox güclü qadın olsam da, kişilərə ayaq uyduracaq vücuda sahib olmaq mənim işimdə çox önəmlidir. İş yoldaşlarımla çox yaxşı münasibətim var, bir ailə kimiyik. Biz sutkalıq iş rejimi ilə çalışdığımız üçün çox boş vaxtımız olmur. Bəzən iş yoldaşlarımdan çox şey öyrənirəm. Bu mənə həm işimdə, həm də şəxsi həyatımda çox kömək olur".
Nardanın sözlərinə görə, o, sosial hesablarında qadınlara arzularının arxasınca getməyi tövsiyyə edir. Onun sözlərinə görə qadın zəif məxluq deyil. Bu fikir qeyri-obyektiv yanaşmadır: “İnstaqramda paylaşımlarımın çoxunu xanımlara həsr edirəm. Onlara ruh yüksəkliyi verməyə çalışıram. İstərdim ki, məni izləyən bütün qadınlar ən az mənim qədər iradəli və əzmli olub istədikləri peşəyə yiyələnsinlər. Anaları onların bunu edə biləcəyinə inanmasa belə".