Dünyanın ən mühüm turistik məkanları hesab olunan yerlər əslində heç də bizim şəkillərdə gördüyümüz kimi mükəmməl deyil. İnternetdə, sosial şəbəkələrdə məşhur fotoqraflar, turistlər tərəfindən çəkilən şəkillərin bizə göstərdiyi füsunkar mənzərəli abidələrə bir də başqa aspektdən baxaq.
Mynews.az Publika.az-a istinadən sizə hər il minlərlə turistin ziyarət etdiyi, dünyanın ən məşhur turistik məkanların heç vaxt görmədiyiniz fotolarını təqdim edir:
1. Hindistanda yerləşən məşhur əfsanəvi Tac Mahal.
2. Amerikanın Nyu-york ştatında yerləşən və şəhərin demək olar ki, böyük bir hissəsini əhatə edən, yaşıllığı ilə gözoxşayan Mərkəzi Parkı.
3. Fransanın paytaxtı Parisdə yerləşən şəhərin Qələbə Simvolu.
4. Turistlərin diqqətini çəkən məşhur "Alman Bulağı" 1901-ci ildə
5. Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəllər provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey kimi fəaliyyət göstərən, "qızıl əsrin" simvolu adlandırılan məşhur Ayasofya məbədi - 1929-cu il
6. Türkiyənin ən məşhur meydanlarından biri olan Taksim meydanı 1976-cı il.
7. Dünyanın 7 möcüzəsindən biri hesab olunan, hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmiş Misir piramidaları.
8. Yunanıstanın dəniz səviyyəsindən 250 metr hündürlükdə yerləşən məşhur Santorini adası.