Türkiyənin Qara dəniz bölgəsindəki Girəsun adası ərəb turistləri heyran edib.
Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, Girəsun valiliyi, Türk Hava Yolları, Şərqi Qaradəniz İnkişaf Agentliyi tərəfindən dəvət edilən təxminən 20 ərəb jurnalist və sosial media aktivləri bölgəni gəzib, videoçarxlar çəkiblər.
Bəhreynin məşhur sosial media fenomeni olan Əbdüləziz Xomeyni isə adaya heyran qalıb.
"Əgər səlahiyyətlilər dəstək versə, toyumu burada etmək istəyirəm. Toy üçün özümə 1 milyon dollar büdcə ayırdım", - deyə o təklif edib.
“Bütün Körfəz ölkələrində tanınan sosial media fenomeniyəm və ilk dəfə Giresuna gəlirəm, bura çox gözəldir. Buranı nə qədər tərifləsəm də yetərli deyil. Hər kəs bu gözəl təbiəti öz gözləri ilə görməlidir. Səlahiyyətli şəxslər razı olsa, toyumu da burada etməyi çox istərdim”, - deyə o, əlavə edib.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub