İnsan orqanizmi o dərəcədə mükəmməl yaradılıb ki, hətta yad cisimlərə belə uzun müddət davam gətirə bilir.
Bədənlərindən qəribə əşyalar çıxarılmasına baxmayaraq bu insanlar hələ də sağlam həyat yaşamağa davam edirlər.
1. Mədədən çıxan 4.5 kq-lıq saç yığını
Fotoda gördüyünüz şey, bir insanın mədəsindən çıxarılan, 4.5 kilo ağırlığında bir saç yığınıdır. 18 yaşındakı adı açıqlanmayan gənc qız saç yemə xəstəliyinə yaxalanıb. Mədəsində ağrı və yemək yedikdən sonra qusma şikayəti ilə həkimə gedən gənc qız, çox kilo itirdiyini də deyib. Saçların çıxarılmasından sonra gənc qız tamamilə sağalıb və bir müddət sonra bu vərdişi bir kənara qoyub.
2. Ağciyərdə böyüyən yaşıl noxud bitkisi
Massaçusetsdə yaşayan Ron Sveden, halsızlıq, öskürək və iştahanı itirmə şikayətləri ilə həkimə gedib və həkimlər ciyərində böyüyən şeyin bir noxud olduğunu dedikdə gülməyə başlayıb. Sveden bu noxudun ciyərinə necə girdiyini xatırlamır. Yaşlı adam yaşıl noxud yeyərkən bir noxud dənəsi səhvən nəfəs borusuna qaçıb və sonra orda cücərib.
3. 78 çəngəl və qaşıq
Bundan təxminən 30 il əvvəl, Hollandiyalı bir qadının mədəsindən 78 ədəd çəngəl və qaşıq çıxarılıb. Bir an əvvəl əməliyyata alınan qadın belə şərh edib: "Niyə bilmirəm, amma, gümüş şeyləri yemək məsələsində güclü bir istək duyuram, özümü idarə edə bilmirəm."
4. Bir təyyarə
Fransız Mişel Lotito, davamlı olaraq bir şeyləri yeməsi ilə məhşurdur. Bu günə qədər Lotitonun udduğu şeylər arasında 18 velosiped, 15 alış-veriş arabası, 7 televizor, 6 lampa, 2 yataq var. Ancaq bundan da maraqlı, Lotitonun 2 il məşğul olaraq bir Cessna surəti təyyarə yemiş olmasıdır.
5.Taxma diş
Bir gün Rumıniyalı yaşlı bir qadın, həyat yoldaşı ilə "xüsusi bir öpüşmə üsulu" sınamağa qərar verib. Qadın səhvən ərinin protez dişini udub və təcili xəstəxanaya aparılıb.
6. Küknar ağacı
Rusiyada bir adamın nəfəs borusuna küknar ağacından bir toxum qaçıb. Bunu hiss etməyən şəxs, bir müddət sonra ciyərlərində bir ağrıyla həkimə gedib və qəribə reallıqla üzləşib. Həkimlər onun ciyərində kiçik bir ağac böyüdüyünü deyib.
7. Maqnitlər və metal toplar
Amerikanın İndiana ştatında yaşayan 8 yaşlı bir qız uşağı, bir gündə 10 maqnit və 20 polad topu udub.Kiçik qızcığaz dərhal həkimə çatdırılıb və bağırsaqlarına 8 tikiş qoyulub.
8. Batareya və yataq yayı
Amerikanın Şimali Karolina ştatındakı bir həbsxanada olan məhbuslar, xəstəxanaya yerləşmək üçün batareya və yataq yayı udublar...
9. 20 ədəd yastı, yumru daş
Çinli bir qadın, həyat yoldaşı ilə çox ciddi mübahisə edib və o qədər əsəbi olub ki, 20 ədəd ağ, yastı daş udub. Nəticədə özünü pis hiss edib və xəstəxanaya aparılıb.
10. Başda bir qələm
Almaniyada bir qadın, 50 il ərzində başının içində bir qələmlə gəzib. 4 yaşında olanda əlində qələmlə yeriyərkən ayağı büdrəyib və qələm onun başını içinə girib. Həkimlər, qələmin beyinə yaxın olduğu üçün əməliyyat etməkdən çəkiniblər.. Daha sonra bir neçə dəfə əməliyyat olan qadının başından qələmin böyük bir hissəsi çıxarılıb.