Faraların narahatedici işıqlarına qarşı yeni üsullar tapılıb. Mynews.az publika.az-a istinadən xəbər verir ki, bəzi Çinli ixtiraçılar digər sürücü və sərnişinləri narahat edən fara işıqlarının qarşısını almaq üçün tapdıqları üsul xeyli maraqlıdır. Belə ki, onlar avtomobilin arxa şüşəsinə vurmaq üçün yapışqan etiketlər (stikerlər) hazırlayıblar. Bu etiketlərdə isə əsasən hollivud və Asiya filmlərindəki qadın vampirlərin görüntüləri əks olunub. Onlar qaranlıqda diqqət çəkmir. Lakin güclü işıq qarşısında çox parlaq görünür. Çinin internet mağazalarında artıq onların satışına başlanılıb. Qiyməti 3-18 dollar arası dəyişir. Çinin bəzi əyalətlərində isə yol polisi avtomobillərdə bu stikerlərdən istifadəni qadağan edib. Pekində bununla bağlı qadağa olmasa da, qorxulu şəkillərə görə sürücülərin məsuliyyət daşıdığı da bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub