Kişilərlə tanış olmaq üçün yollar Qadınlar oxusun

919
Kişilərlə tanış olmaq üçün yollar Qadınlar oxusun

Uzun zamandır ki, ətrafında dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən.

Mynews.az qadınlara kişilərlə ünsiyyət qurmağın üsullarını təqdim edir:

Kişilərlə söhbət edərkən dəqiq ol

Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi

Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.

Bir kişi ilə söhbəti necə irəli aparmaq olar?

Yeni tanış olduğunuz biri ilə söhbəti irəli aparmaq çox vaxt çətin ola bilər. Bu mərhələdə edə biləcəyiniz ən yaxşı iş ortaq nöqtələrə diqqət etməkdir. Maraq sahələrini, musiqi zövqünü, oxuduğu kitabları, gəzdiyi yerlər barədə söhbət edə bilərsiniz.

Kişiləri sual yağışına tutma

Bütün bunları edərkən ilk dəfə tanış olduğun birini sual yağışına tutmanın doğru olmadığını bilməlisən. Burada ən əhəmiyyətli məqam dinləməkdir. Sual verib dinləyib, sakit söhbətə daxil ola bilərsən. Əks təqdirdə qarşındakını sorğuya çəkirmiş kimi görünə bilərsən.

Əsgərlik xatirələrini dinləmək

Mövzu mövzunu açır, dinlədikcə söhbət dərinləşir və növbə gəlir əsgərlik xatirələrinə. Bu zaman “Masadan qalxıb “işim çoxdur, getməliyəm” deməyin çox səhv addım olar. Sən yeganə olaraq səbrlə onun ilk xatirsəni dinləməlisən. İkinci xatirəni dinləmək istəmirsənsə sırf ondan xoşun gəlir deyə yalandan təbəssümlə söhbətə qoşulma. Çünki diqqətinin dağıldığını ona hiss etdirə bilərsən. Əvəzində, əsgərlik xatirələrini danışan zaman tualetə getmək istədiyini söyləyib masadan qalxa bilərsən. Bu sırada tualetdə bir az vaxt keçirsəniz yaxşı olar. Onun üçün də düşünmə fürsəti yaranar. Yox, hələ anlamayıbsa və məzəli əsgərlik xatirələrini danışmağa davam edirsə, sıxıldığını müəyyən etmənin başqa yollarını axtarmaq məsləhətdir.

Mən sadəcə dost kimi...

Dostluq münasibətinizdən məmnunsan, lakin onun səndən romantik mənada gözləntiləri var. Yüksək ehtimalla dostunu itirmək istəmirsən. Təəssüf ki, bu mümkün deyil. Bir tərəf münasibəti başqa bir istiqamətə yönləndirmək istəyirsə, o artıq məasum dostluqdan çox irəli münasibətə doğru irəliləyir. Bu halda sənin üçün ən yaxşı yol vəziyyəti ona açıqca ifadə etməkdir. Beləcə, həqiqətən dəyər verdiyin bir insanı gözləntilərlə dolu naməlum bir istiqamətə sürükləmiş olmazsan.

Kişilərə israr etməyin

Bu vəziyyət münasibətləri korlayan əsas səbəblərdən biridir. Bir tərəfin çox israrçı olması, digər tərəfdə altından çıxa bilmədiyi təzyiq meydana gətirir. Davamlı maraq mərkəzi olmaq boğucu və qorxuducu gələ bilər. İlk söhbətləri etdikdən sonra geri çəkilmək lazımdır. Zamana buraxmaq və sirr oyandırmaq ən gözəl yollardan biridir. Yəni davamlı axtarıb-aramayın.

Xəbər lenti