"Nature" jurnalında nəşr olunan bir məqalə neandertal insanlar haqqında qəribə bir kəşf ortaya atılıb. Avropadakı mağaralarda tapılan neandertal diş qalıqlarını araşdıran elm insanları bunlardan bəzilərinin vegetaryen olduğunu və ağrılarını sakitləşdirmək üçün penisillin və aspirin dərman vasitələrinin təbii formasından istifadə etdiklərini kəşf ediblər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, mötəbər elm jurnalı "Nature"də Liverpul Universitetindən Paleoekologiya professoru Keyt Dobney və Adelaide Universitetinin tanınmış alimlərinin aralarında olduğu bir qrup alim heyəti neandertallar haqqında maraqlı məlumatlar paylaşılıb.
Alimlər heyəti günümüzdən 42-50 min il əvvəl yaşamış 4 neandertalın, ikisi Belçikadakı bir mağarada, ikisi isə İspaniyadakı mağarada olmaq üzrə, diş qalıqlarını araşdırıblar. Araşdırmanın nəticələri Belçikada yaşamış olan 2 neandertalın İspaniyalıyla neandertaldan daha fərqli qidalandığını nümayiş etdirib.
Elm insanları bundan başqa neandertalın dişlərində bir bakteriya aşkarlayıblar. Bu bakteriyanın bu gün müasir insanın ağzında rast gəlinən eyni növ
bakteriya olduğu ortaya çıxıb. Bu fakt neandertallar ilə insanların (Homosapiens) eyni mikroorqanizmləri paylaşdığını ortaya qoyub.
Kəşfin maraqlı tərəfi İspaniyadakı neandertallardan birinin qalıqlarında tapılıb. Belə ki, diş xəstəliyi və bağırsaq pozuntusundan əziyyət çəkdiyi müəyyən edilən əcdadımızın diş valında ağrıkəsici aspirinin aktiv maddəsi olan salisil turşusu istehsal edən bir ağacın və penisillin istehsal edən Penicillium göbələyinin DNA-larına rast gəlinib.
Mövzu haqqında açıqlama verən alim "Neandertallar özlərini müalicə etdiyini bilmirik. Əgər daha çox xəstəliyə malik fərddə bu nümunələrə rast gəlsək, o zaman onların mürəkkəb bir tibbi biliyə sahib olduqlarının yaxşı bir sübutunu əldə etmiş olacağıq" deyib.
Elm insanları vaxtilə neandertal insanın sadəcə ət yediyini və bu qidalanma rejiminin onların ekoloji şəraitə uyğunlaşmasını əngəlləyərək, nəsillərinin tükənməsinə yol açdığını iddia edirdi.
Ancaq "Nature"də dərc olunan araşdırmanın nəticələri bunun belə olmadığını göstərir.
Belçikadakı neandertal tüklü kərgədan, qoyun və göbələklə qidalanıb, ancaq İspaniyadakı Əl Sidron mağarasında tapılanların heç ət yemədiyi müəyyən edilib.
İspaniyadakı mağarada olanların dişlərində göbələk, şam fıstığı və meşə yosunu qalıqlarına rast gəlinib. Bu nəticə onların yalnız ətraf mühitə çox yaxşı uyğunlaşdığını deyil, eyni zamanda insani həyata maraqlı bir şəkildə keçdiklərini göstərib. Çünki Əl Sidron mağarasında tapılan neandertal mikrobiyomları Belçikada olanlara nisbətən daha çox şimpanze və insan yığanların mikrobiyomlarına bənzəyir.
Neandertallar haqqında ümumi qavrayış onların "inkişaf etməmiş mağara insanlar"ı olduğu istiqamətində olsa da son elmi dəlillər onların çox daha inkişaf etmiş insanabənzərlər olduğunu vurğulayır. Son elmi tədqiqatlar neandertalın zinət əşyaları taxdığını, sənətlə və memarlıqla məşğul olduqlarını, mürəkkəb alətlər ilə mürəkkəb ovlanma strategiyalarını inkişaf etdirdiklərini ortaya qoydu.
Son elmi tədqiqatlar uzaq keçmişdə neandertallar ilə insanlar arasında cinsi əlaqənin az rast gəlinmədiyini də ortaya qoydu. Son işin tapıntıları da bunu dəstəkləyir. Araşdırma neandertal və homosapienslerin 120 min ilə qədər tez bir vaxtda tüpürcək dəyişikliyi etdiyini müdafiə edir.
Araşdırmanın nəticələri doğrudursa, atalarımız ya neandertallarla öpüşmyi xoşlayırdı və ya tüpürcək örtülü yeyəcəkləri onlarla bölüşürdü. Heyvanların əksəri öpüşməmiş cinsi əlaqə qurur, hətta bu gün insan mədəniyyətlərinin 46 faizində öpüşməyə yer verilmir.
Bu gün Afrika xalqlarından başqa bütün insanların genlərində az da olsa neandertal DNT-i var. Alim Dobney bu vəziyyəti belə şərh edir: "Onların həqiqətdə nəsli tamamilə tükənməyib. Hələ də aramızda yaşayırlar".