Sosial şəbəkədə Azərbaycan keçirilən velosiped yarışı zamanı maraqlı görüntü paylaşılıb.
Mynews.az qol.az-a istinadən xəbər verir ki, velosipedçilər hərəkətdə olarkən yolun kənarı ilə qaçan at diqqət çəkib. Bu görüntülərin dünən Azərbaycanda başa çatan "Tour d"Azerbaidjan-2017" yarışı zamanı çəkildiyi bildirilib.
Lakin Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən qol.az-a bildirilib ki, çəkiliş həmin yarışda deyil, 2015-ci ilin noyabrında aparılıb.
"Velosipedi sürənlər isə "Tour d"Azerbaidjan" yarışmasının peşəkar iştirakçıları yox, həvəskarlardan ibarət "Bike Tastic" qrupunun üzvləridir. Bu qrupun üzləri belə yürüşü tez-tez təşkil edirlər. Çəkilişi qrupun üzvü olan Zaur Mirzəyev Qaxda, İIisu kəndi yaxınlığında aparıb", - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib.
Qurum rəsmisi onu da deyib ki, bu hadisə təbii olaraq yaranıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub