Yadplanetlilər tərəfindən qaçırılanlarla bağlı İNANILMAZ FAKTLAR-FOTOLAR

942
Yadplanetlilər tərəfindən qaçırılanlarla bağlı İNANILMAZ FAKTLAR-FOTOLAR

Yadplanetlilər tərəfindən qaçırılma hadisələri ilə bağlı hesabatlarda bəhs edilən ortaq nöqtələrdən biri də, kosmos gəmilərinə aparılan şəxslərin bir neçə testlərdən keçirilməsi və bədənlərinə nazik, uzun, iynələrin yeridilməsidir.  Bu iynələrin ucunda bəzən 0.25 sm-dən daha az ölçüdə incə metal toplar var. Bədənə yeridilən bu iynələri çıxaranda isə uclarındakı topların yerində olmadığı müşahidə edilib. Qaçırılan insanlar  "mikroçip" adı verilən bu parçaların burunlarına, qulaqlarına, sinir uclarına, hətta göz qapaqlarına yerləşdirildiyini deyirlər. 

1986-cı ilin sentyabrında “Nature” elm qəzetində Oksford Universitetinin ginekologiyaya aid hesabatı nəşr olunur. Hesabatda doğuşdan öncə xromosom testindən keçən bir qadının cinsi mayesində əsrarəngiz cism olduğu bildirilir. Tanınmayan bir maddədən hazırlanmış olan və kiçik nöqtələrdən ibarət olan bu cism 10 mikron ölçüsündə olub, indiyə qədər elmə bəlli olan bütün mikroçiplərdən daha kiçik.

Fəzalılaın insanların bədənlərinə yeritdikləri mikroçiplər 1994-ci ildən bəri cərrahi əməliyyatlar yolu ilə çıxarılmağa başlayıb. İndiyə qədər bütün dünyada 84.000 min insandan mikroçiplər çıxarılıb. Ayaq barmağı, əl, çənə, qulaq kimi orqanların içində, sinir uclarında rast gəlinən bu cisimlərin yalnız top formasında deyil, bir çox başqa formaya malik olduqları görülüb. Bəzən bu cisimlərin yerləşdiyi yerlər üzərində xəsarət izlərinə rast gəlinib. Bəzi hallarda çıxarılan bu cismlər bir barama şəklində olub, içindən fosfor şüalar yayılıb. 

1995-ci ilin iyun ayında Kaliforniyalı professor Rocer Leir yadplanetlilərlə bağlı keçirilən simpozium zamanı qaçırılma hadisələri haqqında hesabat təqdim edən UFO tədqiqatçısı Derrel Simlə tanış olur. Pediatr mütəxəssisi Simin yadplanetlilər tərəfindən ayağının içinə yad cism yerləşdirilmiş bir qadından bəhs etməsindən olduqca təsirlənir və hadisəni araşdırmaq istəyir.

Patricia Damly adlı bu qadının ayaq rentgenini araşdıran Doktor Leir ilk baxışda bu cismin ortopedik cərrahiyyədə istifadə olunan paslanmaz polad materiallardan biri olduğunu düşünür. Ancaq məlum olur ki, Patricia daha əvvəl hər hansı bir ayaq əməliyyatı keçirməyib. Qadının ayağında olan bu cismin yadplanetlilər tərəfindən oğurlanması ilə bağlı olma ehtimalı həm Simi, həm də Leiri təsirləndirir. Doktor Leir sözügedən xəstənin Kaliforniyadakı klinikasına gətirilməsini və ayağındakı cismi pulsuz çıxaracağını bildirir. Sims doktor Leira, həmçinin, əlinin içində bir yad cism olan Pat Parrinello adlı qadından da bəhs edir və ona qadının əlinin rentgenini göndərərək fikrini soruşur.  Doktor Leira göndərilən Damly və Parrinellonun rentgenlərini radioloqlar araşdırır, nəticədə hər iki cismin də metal olduğu, qətiyyən təbii bir kista, ya da bənzər bir şiş olmadıqları məlum olur. Bu iki qadın bədənlərindəki yad cisimləri çıxarmaq üçün 1995-ci ilin avqustunda Doktor Leirin klinikasına gəlir.

Patricia Damly 1969-cu ilin oktyabrında Texasda yadplanetlilər tərəfindən qaçırıldığını, amma hadisəylə bağlı çox az şey xatırladığını danışır. Pat Parrinello isə ötən 42 il ərzində bir çox UFO müşahidə etdiyini və 1954-ci ildə, hələ 6 yaşında ikən qaçırıldığını deyir. Parrinello əlindəki yumrunu 1971-ci ildə keçirdiyi yol qəzasından sonra çəkilən rentgenləri görənə qədər fərq etmədiyini söyləyir.  Damlynin ayaq barmağındakı incə, üçbucağa bənzər yad cism 1 saatlıq davam edən əməliyyatla çıxarılır. Parrinellonun bədənindən isə 5 mm uzunluğunda, göz yaşı formasında yad cism götürülür.  Bu cisimlərin orta hissəsində nazik metal parçaları tapılır. 

Ən son Texas Universitetində həyata keçirilən biopsi və analiz nəticələrində bu cisimlərin dünyadakə 65 minə yaxın elementin heç biri ilə uyğun gəlmədiyi və tərkibində bir sıra elementlər daşıdığı açıqlanıb. Həmçinin materialların elektromaqnit sahələri olduğu da aparılan araşdırmalar nəticəsində ortaya çıxıb. Doktor Leir, əməliyyatın ardından cisimlərin yerləşdirildiyi yerin ətrafında heç bir infeksiya izinə rast gəlmədiyini söyləyir və əməliyyatla çıxarılan bu yad maddələrə qarşı orqanizmin reaksiyasının normadan çox fərqli olduğunu vurğulayır. 

UFO eksperti və jurnalist Derrel Sims 2012-ci ildə Los Ancelesdə keçirilən “dünyadan kənar həyat” mövzusunda  verdiyi konfransda təxminən 15 illik bir işin nəticəsi olan araşdırmasını insanlarla bölüşüb.

Simsin araşdırdığı hallardan biri də Amerikanın kiçik bir qəsəbəsində baş verib. 2004-cü ildə Oklahomaya bağlı Levelland qəsəbəsində yaşayan Maykl Mccarty adlı adam bir çox insanla birlikdə gecə meşəyə işıq saçan bir cismin düşdüyünü görür. Maccarty Maks adlı Alman canavarı cinsindən olan itiylə birlikdə cismi araşdırmaq üçün hadisə yerinə gedir. Meşəyə  çatanda çox parlaq bir işıq görərək huşunu itirən Maccarty gözlərini açanda ağappaq rəngdə çox böyük bir otaqda əməliyyat masasına bənzər bir yerdə yatdığını, otağın digər tərəfindəki başqa bir masada itinin yatdığını görür.  Maccarty hər yerin çox parlaq olduğu və tam olaraq özündə olmadığı üçün ətrafı dəqiq görmədiyini bildirir. Daha sonra qısa boylu, iri gözlü bir varlığın itinin qulağına sim kimi bir şey saldığını söyləyir. Maccarty gözlərini açanda özünü və iti ilə birlikdə meşədə yatdığını görür. Evinə qayıdanda gedişinin ardından 2 gün keçdiyini başa düşür. 

Maykl Mccarty ilə keçirdiyi görüşdən sonra it üzərində fokuslanan Sims itin telefon, kompüter kimi elektronik alətlərə yaxınlaşdıqda onlara təsir etdiyini fərq edir. Bundan sonra sahibindən icazə alaraq Oklahoma şəhərində iti tomoqrafiya etdirri. Tomoqrafiyanın nəticələrində heyvanın beynində mikroçip olduğu aydın şəkildə görünür.

Bundan başqa, doktor Leirin ən çox təsirləndiyi hallardan biri də araşdırdığı Alman Claus Klattın yaşadıqları olur. Bavariyalı bir fermer olan Klatt 1996-cı ildə dözülməz baş ağrıları ilə xəstəxanaya getmiş, burada aparılan tədqiq sonra beynində şiş olduğu müəyyən edilir. Şiş artıq son mərhələsinə çatıbmış, görüləcək  müalicə üsulu yox imiş. Həkimlərin bildirir ki, Klattın 5 - 6 aylıq ömrü qalıb. Ölümü gözləməsi üçün evinə göndərilən Klatt bir neçə ay içərisində şişin təsiri ilə yerimə qabiliyətini itirib təkərli kalyaskaya məhkum olur. Bir axşam həyat yoldaşı Klattı hava almaq üçün evin həyətinə çıxarır. Həyat yoldaşı içəridə ev işlərini bitirdikdən sonra ərini evə salmaq üçün həyətə çıxanda təkərli kreslonun boş olduğunu görür. Təlaşa qapılaraq övladlarına və polisə zəng edir, ətrafdakı ərazidə aparılan bütün araşdırmalara baxmayaraq Klatt tapılmır. Aradan 4 gün keçəndən sonra Klatt evlərinin aşağısındakı yolun yanında yarı huşsuz və yaddaşını itirmiş halda tapılır. Xəstəxanaya aparılan Klatt həyat yoldaşını və uşaqlarını xatırlamır, ancaq gəzir, danışır.

Klatt polisə verdiyi ifadədə yadplanetlilərin qaçırdığını, gəmiyə aparıdığını, daha sonra da bir yeraltı bazaya aparılaraq başına nəyinsə yerləşdirildiyini  söyləyir. Xəstəxanada aparılan müayinələr  nəticəsində Klattın beynində 5 mm ölçüdə bir implantasiya olduğunu müəyyən edirlər. İşin qəribə tərəfi o olur ki, implantasiya tam olaraq şişin olduğu bölgəyə yerləşdirilmişdi. Şişdən ise əsər-əlamət qalmamışdı. Bir müddət sonra Klattın yaddaşı da yerinə gəlir və qalan həyatına sağlam şəkildə davam edir. Bu vəziyyət həkimləri heyrətə salır. 

İnsanlara və heyvanlara taxılan bu implantlar şübhə doğurmaz şəkildə birmənalıdır. Belə ki, tədqiqatçıların əllərində minlərlə implantasiya var , ancaq hələ materiallları belə tədqiq edilə bilməyib. Hər şeyə baxmayaraq bu implantların nə məqsədlə qoyulduğu eynilə yadplanetlilərin özü kimi sirrini qoruyur.

Xəbər lenti