Sirkə ilə evinizdən təmizlik əskik olmayacaq - FOTOLAR

782
Sirkə ilə evinizdən təmizlik əskik olmayacaq - FOTOLAR

Ev təmizliyi vacib olsa da, bütün qadınların yorulduğu, həvəssiz yanaşdığı bir məşğuliyyətdir. Bəzən evi səliqəyə salmaq üçün bütöv bir gün yetmir. Müasir texnologiya vasitəsilə bu işlər bir az yüngülləşsə də, təmizlik bitmir ki bitmir.

Mynews.az təmizlik işlərini bir az da yüngülləşdirmək üçün sizə sirkənin köməyini təklif edir:

Paltar maşınına hopmuş çirk, pas qalıqlarını heç də bahalı vasitələrlə təmizləməyə ehtiyac yoxdur. Bir qaşıq sirkəni yuyucu toz üçün nəzərdə tutulmuş hissəyə töküb uzun yuma proqramında qoyun. Paltaryuyan maşın par-par parıldayacaq.

Bəzi parçalar var ki, toz, tük, kəpək və s. özünə maqnit kimi çəkir. Belə parçadan olan paltarları bir dəfə sirkəli suda yuyun. Ondan sonra bir də sadalananlar paltara yapışmayacaq.

Pəncərə silmək ev işlərinin içində ən ağırı olsa gərək. Xüsusən də diblərdə yığılmış toz-çirki təmizləyəndə hətta barmaqları zədələmək təhlükəsi də var. Bu işdə də sirkə köməyə çatacaq. Əvvəlcə sodanı çirkin üzərinə səpin, sonra bir qaşıq sirkəni əlavə edin. Qabarcıqlar yaranıb bitəndən sonra suyla yuyun, tər-təmiz olacaq.

Balaca “rəssamlar” parket və ya taxta döşəmənin üstünü yazıblar? Xüsusən də flomasterlə çəkilən şəkillər heç getmir. Amma narahat olmağa dəyməz, köhnə diş fırçasına azacıq sirkə damızdırıb ləkələri silin, tamamilə silinəcək.

Ləkələri həmçinin istənilən aerozolla (dezodarantla) təmizləmək mümkündür.

Mətbəx və vanna otağında su kranı, çanağı və vannanı da təmizləmək üçün sirkəli su mükəmməl yardımçıdır.

 

Xəbər lenti