Bu videokadrların ərsəyə gətirilməsinə nə az, nə çox - tam üç il sərf olunub.
Və o üç il ərzində aparılmış çəkilişlər sonradan bir neçə dəqiqəlik videoklipə çevrilib.
Sonuc unikaldır, möhtəşəmdir və Nyu-Yorkdakı baharı əks etdirir.
Milli.Az bildirir ki, Nyu-Yorkda yaşayan Ceymi Skott vizual effektlər ustasıdır.
O, Manhetten səmtindəki Mərkəzi Parkda tam üç il ərzində çəkilişlər aparıb. Unikal çəkilişlər üçün Canon Canon 5D MK2 kamerasından və Stage One dinamik slayderindən istifadə olunub.