WBC Muaythai üzrə dünya çempionu Zabit Səmədov Bakının mərkəzində gəzintiyə çıxıb.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, may ayının 13-ə İstanbulda “Gebze” idman sarayında keçiriləcək görüş öncəsi doğma Vətəninə gələn idmançıya həmyerlilərimiz böyük maraq göstərib.
“Torqovı”da gəzintiyə çıxan Zabitə onlarla insan yaxınlaşıb və onunla şəkil çəkdirmək, imza almaq istəyib. Zabit sadə insan olduğu üçün heç kəsin qəlbini qırmayıb və onu sevənlərlə şəkil çəkdirib. Bir müddətdən sonra o qədər insan Zabitin ətrafına toplaşıb ki, idmançı hərəkət etməkdə çətinlik çəkib.
Azərbaycanı layiqincə təmsil edən Zabitə xalq da lazımi qiymət verir. Bayrağımızı idman arenalarında dalğalandıran Zabitin Bakıda gəzintisi izdihama səbəb olub.
Belçikadan olan idmançı Frederik Sinistra ilə qarşılaşma öncəsi Bakıda hazırlıqlarını davam etdirən idmançı böyük günü gözləyir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub