Smartfon və planşetləri enerji ilə yükləyə bilən soba icad olunub.
Mynews.az Rusiya mətbuatına istinadən bildirir ki, “soba-adaptor” Aydar Xayrullin adlı turist tərəfindən yaradılıb. Ömrünü səyahətlərdə keçirən Aydar həm yemək bişirmək, həm də telefon və planşetini yükləmək üçün uzun müddətdir ki, baş sındırırdı. Nəhayət, çarəsini tapdı. İndi bu soba vasitəsilə arzusuna çatıb. O, bu icadı hələ XIX əsrdə ixtira olunmuş termodinamika əsasında ərsəyə gətirib.
Qeyd edək ki, soba adi qaydada – içinə odun və talaşalar atmaqla alışır və bu zaman sobanın generatoruna yükləməyə bəs edən 5 volt enerji toplanır. Texniki vasitələr 1 saat yarıma USB girişi vasitəsilə enerji yığır. Bu möcüzə sobanın çəkisi 1200 qramdır. Həmçinin qatlanıb-açılan sobanı çantaya yerləşdirib səyahət zamanı daşımaq da olar. Soba titan və paslanmayan poladdan hazırlandığı üçün möhkəmdir. Ona qoşulmuş kabel xətti də oda davamlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub