Xəyanət edən qadınlar özlərini necə aparır? Aldadan qadının evdə, internetdə və yataqda davranışları + FOTOLAR

3934
Xəyanət edən qadınlar özlərini necə aparır? Aldadan qadının evdə, internetdə və yataqda davranışları + FOTOLAR

Xəyanət edən qadın… Heç bir kişi bu haqda düşünmək istəməz. Azərbaycan mentalitetinə görə isə bu ümumiyyətlə qəbuledilən deyil. Amma təəssüf ki, qadın xəyanətilə bağlı xəbərlərlə az rastlaşmırıq.

Bəs yalan testi keçirmədən, şəxsi detektiv tutmadan bir qadının xəyanət etdiyini necə bilmək olar?
Xəyanət edən qadın… Heç bir kişi bu haqda düşünmək istəməz. Azərbaycan mentalitetinə görə isə bu ümumiyyətlə qəbuledilən deyil. Amma təəssüf ki, qadın xəyanətilə bağlı xəbərlərlə az rastlaşmırıq. Bəs yalan testi keçirmədən, şəxsi detektiv tutmadan bir qadının xəyanət etdiyini necə bilmək olar?

Mynews.az A24.Az-a istinadən xəyanət edən qadının özünü ələ verdiyi məqamları təqdim edir:

Qadının ərinə hörmətinin azalması

Əvvəllər sizinlə hər şeyi bölüşürdü. İndi isə bir evdə iki yad adam kimi dolaşırsız. Özəl mövzularda danışmaqdan mümkün qədər vaz keçir. Gözünüzü dörd açın, bu artıq qadının ürəyinə başqa birinin yol açması deməkdir.

Sirli davranışlar…
Özünü günahkar saydığı, amma bunu biruzə vermədiyi üçün sizə qarşı əsəbi davranır. Daha çox susmağa üstünlük verir. Amma bu halda həmən-həmən həyəcanlamağa dəyməz. Amma bu durum davam edirsə, demək narahat olmağınıza ciddi səbəb var.

Özünə əl gəzdirir…
Əvvəllər saçı dağınıq, makiyajsız dolaşan qadın birdən-birə özünə fikir verməyə başlayır. Heç yerə görüş planlamadığını desə də, fiziki görünüşünə olduqca həssaslıqla fikir verir, gündə bir neçə dəfə dişlərini yuyur, evdə də olduqca səliqəli geyinir. Narahat olmağa dəyər…

Tək qalmaq üçün ürəyi gedir…
Əvvəllər hər an harada olduğunuzdan narahat olur, getdiyi hər yerə sizi də az qala bir qol çantası kimi aparmaq istəyirdisə, indi tək qalmağa can atır. Belə halda qadını yoxlamaq üçün ona getdiyi yerdə yoldaşlıq təklif etmək daha uyğundur. Əgər o israrla bunu rədd edirsə, başınızı ikiəlli tutmağın vaxtıdır.

Dostlarınızla görüşdükdə ağız-büzmür?

Dostlarınızla görüşə getdikdə, məclislərdə daha çox vaxt keçirdiyinizdə sizinlə dalaşmır? Hətta bu işlərdə sizi dəstəkləyir? Bu yöndən rahatsınız? Sevinməyin. Dalaşmamaqda da bir kəramət var. Axı əvvəllər o sizsiz qala bilmirdi, birdən-birə nə oldu? Araşdırın.

Telefonla daha çox danışmaq və internetdə daha çox vaxt keçirmək…
Yoldaşınız son zamanlar telefonla daha çox pıçıldaşır, sizi görəndə telefonu söndürürsə, bu durum da yetərincə şübhəlidir. Yeni poçt açıb, telefon nömrəsi alıbsa və bundan sizin xəbəriniz yoxdursa, bunun səbəbini öyrənməli, məsələdən agah olmalısınız.

Yataqda…
Mütəmadi yataqda sizə arxasını çevirir, cinsi təkliflərinizə qarşı laqeyd davranırsa, sizin əl çəkmədiyinizi görüb “can-dərdi” cinsi yaxınlığa razılıq verirsə, davam etməyə dəyməz. Bu halda nə etməlisiz? Təbii ki, normal şəkildə boşanmalı…

Düzdür, bir kişi üçün qadın tərəfindən aldadılmaq faciəvi görünür. Amma bunu yaşayan kişi qadına qarşı necə davranmalı, özünü mental dəyərlərə qurban verib əlini silahamı atmalı, yoxsa normal şəkildə vəziyyəti ağırlaşdımadan boşanmalıdı? Bu da ayrı bir materialın mövzusudur. Amma əsas odur ki, həyat insanlarla doludur və ani hisslərə qurban gedib ömrü puç etməyə dəyməz.

 

Xəbər lenti