Uşaqlarınızın bu cizgi filmlərinə baxmasına icazə verməyin ƏSLA - VİDEO

922
Uşaqlarınızın bu cizgi filmlərinə baxmasına icazə verməyin ƏSLA - VİDEO

İŞİD terror təşkilatının öz əməllərini yaymaq və yeni "əsgər"lər qazanmaq üçün müasir təbliğat vasitələrinə əl atdığı məlumdur. Radio, jurnal, şiddət əks etdirən videoçarxlar və fotoşəkillər... İndi isə terror təşkilatının yeni hədəfi var - cizgi filmləri. Təşkilat sosial şəbəkələrdə cizgi filmi və animasiyalar paylaşmağa başlayıb.

Publika.az xəbər verir ki, vahiməli səslə səsləndirilən videoçarxlarda İŞİD terror təşkilatının bu günə qədər törətdiyi vəhşiliklər əks olunub.

Xüsusilə də uşaqları hədəfə alan terror təşkilatı "Hakim və Cəsur" adlı filmdə tiran tərəfindən idarə edilən ölkənin hekayəsini izah edir. Filmdə ölkəni idarə edən tiranlara qarşı cəsarətli addım atanların isə İŞİD xadimləri olduğu göstərilir.

"Facebook", "Twitter", "Youtube" kimi nəhəng sosial şəbəkələrdə paylaşılan, şiddət əks etdirən görüntülər şikayətlərdən sonra silinib. Lakin aylıq 100 milyon istifadəçisi olan "Telegram" sosial şəbəkəsində sözü gedən video çarxlar və animasiyalar hələ də aktiv olaraq qalıb.

BBC-nin xəbərdarlığından sonra mart ayında "Youtube" sosial şəbəkəsinə yüklənən şiddət məzmunlu videolar və onların paylaşıldığı kanallar silinib.

"Wired" jurnalının redaktorlarından biri Brendan Koerner bildirib ki, İŞİD-in "İnşallah, çox yaxında" adlı cizgi filmində İŞİD döyüşçüsü "Ağ Ev"i qaraya boyayır.

Koernerin sözlərinə görə, son zamanlar hərbi itkilər səbəbindən vizual məzmun istehsal etmə imkanları azalıb. Artıq məzmun istehsal etmək üçün xaricdəki havadarlarından asılıdırlar.

İŞİD bu yolla İslam dini haqqında insanlarda təzadlı fikirlər yaradır.

İŞİD-in "dünyanı təmizləmə" görüntüləri "Telegram" sosial şəbəkəsindəki tərəfdarları tərəfindən izlənilir və paylaşılır.

Dəfələrlə "Telegram" sosial şəbəkəsinə bu məzmunlu videoların silinməsi haqqında şikayət məktubları ünvanlansa da, şəbəkə rəhbərliyi heç bir tədbir görməyib. Mart ayında paylaşılan bloq yazısında şəbəkə istifadəçisinin terrorizmlə bağlı şişirdilmiş rəyləri şəbəkə rəhbərinin misirli bir qadın olduğu ehtimalını yaradıb.

Xəbər lenti