Bizi təhlükə gözləyir? Rəsədxana

544
Bizi təhlükə gözləyir? Rəsədxana
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 25-də Yer kürəsinə asteroidin çırpıla bilməsi və bununla əlaqədar Yer üçün təhlükə gözlənildiyi barədə məlumatlara aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, bu barədə Rəsədxananın direktor müavini Xıdır Mikayılov trend-ə bildirib ki, Yerə yaxınlaşacaq asteroid 2016-cı ildə kəşf olunub və buna görə də “2016wf9” adlandırılan həmin asteroidin ölçüsünün 500 metrdən 1 km-dək olması təxmin edilir:

"Öz orbiti üzrə hərəkət edən “2016wf9” asteroidi fevralın 21-27-də Yerə yaxın məsafədə olacaq. Amma fevralın 25-də Yerə daha yaxın məsafədə olacaq. Həmin gün bu asteroidlə Yer arasında 51 milyon km məsafə olacaq ki, bununla da o, planetimizə Günəşlə Yer arasındakı məsafədən 3 dəfə yaxın olacaq. Bu isə Yer üçün heç bir təhlükə törətmir. Yayılan məlumatlara görə, guya bu asteroid okena düşüb sunami yarada və və digər təhlükələr törədə bilər. Amma həmin asteroid öz orbiti üzrə hərəkət edir və Yer üçün heç bir təhlükə yaratmayacaq. Onun yerə yaxınlaşmasının səbəbi də sadəcə öz orbiti üzrə hərəkət etməsindən qaynaqlanır”.

X.Mikayılov deyib ki, hərəkətdə olan “2016wf9” asteroidi bu gün Aya çox yaxındır:

“Teleskopla Aydan qərb tərəfə baxsaq, onu görə bilərik. Amma ən yaxın məsafə fevralın 21-də 7-8 parlaq ulduzdan ibarət, bir-birinə həddindən artıq yaxın olan “Ülkər” pleadasında olacaq. İnsanlar onu kiçik teleskoplar vasitəsilə də görə bilərlər, amma asteroid hərəkət etdiyindən ona çox diqqətlə baxmaq lazımdır. Bakıda deyil, aydın gecədə dağlarda kamerası böyük olan fotoaparatla bu zonanın şəklini çəksək, ulduzlar nöqtə kimi, asteroid isə nazik uzun xətt kimi düşəcək. Bu o deməkdir ki, asteroid hərəkət edir. Hərəkət etdiyinə görə də onun izi bir xətt kimi düşəcək”.

 

 

Xəbər lenti