Rusiyada əcnəbilərlə qurulan nikahların sayı artır.
Mynews.az xəbər verir ki, ən çox nikahlar isə keçmiş sovet ölkələrinin vətəndaşları ilə bağlanır. Təkcə Saratov vilayətində ötən bir il ərzində əcnəbilərlə 630 belə nikah bağlanıb.
Rusiya mətbuatı xəbər verir ki, bu vilayətdə rusların ailə qurduğu əcnəbilərin əksəriyyəti Azərbaycan, Ermənistan, Qazaxıstan vətəndaşlarıdır. Bundan başqa, 4 alman, 1 fransız və 1 ingilislə də nikah bağlanıb.
Saratov VVAQ İdarəsinin rəhbəri Yuliya Ponomaryovanın sözlərinə görə, nikaha girənlər əsasən 25-34 yaş arası şəxslərdir. Bu yaşdan öncə nikaha isə çox nadir hallarda rast gəlinir./virtualaz.org/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub