İnsan cisminə keçmiş bəd ruhların, şeytan və cinlərin kənarlaşdırılması haqqında nəzəriyyələr xristianlığa qədərki dövrdə də mövcud olub. Bunun üçün şamanlar tərəfindən müxtəlif ayinlər, mərasimlər keçirilirdi. Xristianlar isə bu mərasimi ilk dəfə İsa Məsihin keçirdiyini iddia edir.
Publika.az xarici mətbuata istinadən oxucuları şeytan çıxarma ayini ilə bağlı maraqlı faktlarla tanış edib.
Cin çıxarma ayinin tarixi bizim təsəvvür etdiyimizdən də qədimdir. Antik Yunanıstanda Epikür və Esxinin anası şeytan çıxarma ilə məşğul olar və çörək pulunu bu təhlükəli məşğuliyyət sayəsində qazanardı.
Ekzorsizm yunanca “exorkizein” sözündən götürülüb və ovsunlamaq mənasını verir. Eləcə də cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması deməkdir. Bu ritualı Qədim Babilistanda adətən səlahiyyətli şəxslər (keşiş və ya şaman) icra edirdi.
Vatikan şeytan çıxarma ayini barədə ilk rəsmi məlumatı 1614-ci ildə açıqlayıb. 1999-cu ildə isə bu məlumatlara düzəliş edib.
Şeytan və cin çıxarma ritualını təkcə Roma katolikləri həyata keçirmir və qərb inancları ilə məhdud deyil. Bu, bütün dünyanın əsas dinlərində öz əksini tapıb.
Şeytan çıxarmaq haqqında yəhudilərin iudaizm dinində də ətraflı məlumat var. I əsrdə yaşamış məşhur yəhudi alim Titus Flavius Josefus zəhərli bitki kökləri istifadə edərək şeytan çıxarma ayinlərini həyat keçirib.
Yehuda Fetaya isə “Minçat Yahud” adlı kitabında şeytan çıxarma ayinləri, şeytanın ələ keçirdiyi insanlarla olan təcrübələrini və yəhudi inanclarında olan digər məsələlər haqqında ətraflı məlumat verib.
İslamda isə şeytan çıxarma ayini rukye adlanır. Cin, sehr, və ya cadunun insana verdiyi zərəri bərpa etmək üçün rukye ayini tətbiq edilir. Günümüzdə isə daha çox alternativ tibbi kimi tanınan “əl-tib əl-nəbavi” yəni, surə və ayələrdə adları keçən şəfalı bitkilər vasitəsi ilə müalicələr istifadə olunur.
Şeytan çıxarma rituallarına hindistanlıların da inanclarında rast gəlinir. Hindistanlıların dörd müqəddəs kitabından biri olan “Atharva Veda”da şeytan çıxarma ritualları və müxtəlif sehrlər ilə bağlı kimya ilə bağlı sirlər yazıldığı iddia olunur.
Katolik kilsəsinin inanclarına görə, şeytan çıxarma ayinindən sonra adam özünü günahlardan təmizlənmiş və yenidən doğulmuş kimi hiss edir. Amma təəssüf ki, bu ayin hər dəfə uğurlu olmur. Bəzən onu həyata keçirən insan günlərlərlə, həftələrlə, hətta aylarla müxtəlif dualar oxumaq məcburiyyətində qalır.
Kilsə qanunlarına görə, əgər psixiatr xəstənin səhhətində ciddi psixoloji problemlər olmadığı diaqnozunu qoyarsa, onda şeytan çıxarma ayini yüksək rütbəli keşiş tərəfindən yerli yepiskopun icazəsi ilə aparılır.
Vatikan tərəfindən təsdiq edilmiş şeytan çıxarma mütəxəssisləri ilə yanaşı, yüzlərlə insan dünyada özünü bu məsələdə “mütəxəssis” elan edib.
2005-ci ildə Rumıniyada gənc rahibə ondan şeytan çıxardan bir keşiş tərəfindən ağaca bağlanılıb, günlərlə ac və susuz qalıb. Nəticədə rahibə vəfat edib.
Şeytana aid olmaq, ya da adamın içinə şeytan girməsi psixi pozğunluq sayılmır və ya tibbdə müalicə olunmur.
İnsanın cisminə cin girməsi elmdə qəbul olunmur. Psixiatrlar bu halları isterika, psixoz, Tourette sindromu, epilepsiya, şizofreniya, şəxsiyyət pozğunluğu və bəzi nadir autizm simptomları ilə izah edir.
Autizmdən söz düşmüşkən qeyd edək ki, 2003-ci ildə ABŞ-ın Viskonsin ştatında autizm xəstəliyindən əziyyət çəkən 8 yaşlı bir uşaq kilsə üzvləri tərəfindən həyata keçirilən şeytan çıxarma ayini zamanı öldürülüb.
ABŞ Katolik Birliyi isə hesab edir ki, qeyri-insani gücə malik olmaq, eləcə də bilmədiyi dillərdə danışmaq adama şeytan girməsinin əlamətidir. Tüpürmək, söyüş söymək və hədsiz cinsi istəyin olması da bir insanın cisminə cin girməsinin digər əlamətləri kimi göstərilir.
Amma bəzi dinlərin çoxunda dəliliyin növlərinə yer verilməyib. Bu xəstəlikdə xəstə özünün bir və ya birdən çox pis ruh tərəfindən ələ keçirildiyinə inanır. Bəzi hallarda isə içinə cin girdiyini iddia edən insan bunu diqqət çəkmək edir.
1975-ci ildə 31 yaşlı Maykl Teylora cin çıxarma ayini tətbiq edilib, amma cin cismindən çıxmadığı üçün evə gedəndə arvadını vəhşicəsinə qətlə yetirib. Kişi həbs olunub və dəli diaqnozu qoyulub.
Bəzi keşişlər ikicinsli şeytan çıxarma ayinini də həyata keçirir. Eynilə şeytan çıxarma ayini kimidir, amma bu, homoseksual insanlara tətbiq olunur.
2010-ci ildə Londonda Milad Bayramının ilk günü 14 yaşlı Kristi Bamu içindəki şeytanı çıxarmağa çalışan qohumları tərəfindən döyülüb və boğularaq öldürülüb.
Yazdığı kitab üçün tədqiqat aparan amerikalı Maykl Cuneo 50 şeytan çıxarma ritualına qatılıb, amma heç vaxt açıqlaya bilmədiyi fövqəltəbii bir hadisə ilə qarşılaşmayıb. Dəfələrlə bu ayinlərdə iştirak edən alim sonda bu nəticəyə gəlir ki, cin çıxaran insanların psixoloji problemləri var.
“The Exorsist” filmi şeytan çıxarma ayinlərindən bəhs edir. Film 1974-cü ildə nümayiş olunduqdan sonra həftələrlə Boston Katolik mərkəzinə cin çıxarma ilə bağlı müraciət edən insanların sayı hədsiz artıb. Film Uilyam Piter Blattinin 1971-ci ildə işıq üzü görən kitabı əsasında çəkilib.
Rahib Qabriela Amors Roman Katolik Kilsəsinin ən peşəkar şeytan çıxarma mütəxəssisi kimi 100.000-dən çox ayin həyata keçirib. Ən maraqlısı isə Qabriela Amors “Qarri Potter” kitab və filmini cin və şeytanları təbliğat etməkdə günahlandırıb.
İddialara görə, Rahibə Terezaya həyatının son günlərində şeytan çıxarma ayini keçirilib. İddialara görə, Kəlküttə baş yepiskop Henri Dsouza rahibənin yuxuda özünü narahat hiss etdiyini və cin tərəfindən təcavüzə məruz qaldığından qorxduğu üçün ayini həyata keçirib.
Anneliese Mişel adında Almaniyada yaşayan katolik qadının 6 və ya daha çox şeytan tərəfindən ələ keçirildiyi iddia olunub. Qadına öz istəyi ilə 1975-ci ildə 10 ay davam edən bir şeytan çıxarma ayini keçirilib. Amma baxımsız qalan qadın həyatını itirib.
“The Exorcism of Emily Rose” və “Requiem” filmləri Anneliesenin başına gələn hekayədən bəhs edir.